YAP Laçın rayon təşkilatında seçkiyə hazırlıq işləri ilə bağlı rayon şöbəsinin seçki qərargahının və imza toplayacaq qrupun üzvləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, rayon şöbəsində imzatoplama kampaniyasında iştirak edəcək fəallara seçici imzasının toplanılması qaydasını izah edilib.
Seçki Məcəlləsində və Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının hazırladığı III təlimatda göstərilmiş qanuna uyğunluqlara əməl etməyi tövsiyyə edilib. Dairə-Seçki Komissiyası üzrə 10 nəfər imza toplayan şəxslər siyahılaşdırılıb. Artıq imza toplanacaq yerlər Dairə-Seçki Komissiyasının müvafiq əraziləri üzrə müəyyənləşdirilərək sxem halına salınıb. Sonra imza toplayanlara yaddaş olaraq imza vərəqələri nümunələri və YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış III təlimat təqdim edilib.
sia.az