PDF Oxu

Siyasət

  • 10

Aydın Mirzəzadə: “Müxalifətin sosial bazası həddindən artıq dardır” AÇIQLAMA

Aydın Mirzəzadə: “Müxalifətin sosial bazası həddindən artıq dardır” AÇIQLAMA

"Azərbaycanda müxalif partiya rəhbərlərinin xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərin üzvləri ilə görüşməsinin heç bir nəticəsi olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, görüşlərin mahiyyəti barəsində məlumat verilmədiyindən dəqiq fikir bildirmək olmur: "Bununla belə, müxalifət partiyaları ilə xarici ölkə səfirliklərin nümayəndələrinin görüşlərinin intensivliyinin artdığı müşahidə olunur. Əvvəllər də seçkilər öncəsi xarici səfirliklər müxalifət partiya nümayəndələri ilə tez- tez görüşlər keçirirdi. Düzdür, müxalifətçilər bunu fikir mübadiləsi, xarici ölkə nümayəndələrini Azərbaycandakı vəziyyətlə bağlı məlumatlandırmaq üçün olduğunu izah edirlər. Ancaq, üstündən xeyli keçdikdən sonra bu görüşlərdə Azərbaycanın daxili siyasətinin xaricilərlə ciddi müzakirə olunduğu məlumatları da yayılır. Bu gün Azərbaycan müxalifətinin sosial bazası həddindən artıq dardır. Onların Azərbaycan vətəndaşına təqdim edəcəyi inkişaf proqramları yoxdur. Eyni zamanda müxalifət liderlərinin onilliklərlə dəyişməməsi, gənclərin, ziyalıların bu partiyaya gəlməsinin qarşısını alır. Belə bir dövrdə müxalif partiyalarının kimlərlə görüşməsinin hər hansı bir nəticəsi olmayacaq. Tarix sübut edir ki, Azərbaycan vətəndaşı öz seçimini konkret fəaliyyətə görə edir. Kimlərinsə xaricdən dəstək alması və yaxud da maliyyələşməsi, heç bir halda onların güclənməsinə, cəmiyyətdə nüfuzunun artmasına xidmət etmir. Dəstəyi cəmiyyətdə axtarmaq lazımdır. Azərbaycan seçicisinin maraqlarına uyğun siyasət yürütmək gərəkdir. Ölkənin milli maraqlarını partiyanın milli maraqlarından üstün tutmaq lazımdır. Bunu etmədikdə hər hansı görüşlərin müxalif partiyaların güclənməsinə təsiri ola bilməz".

sia.az

Digər xəbərlər