PDF Oxu

Siyasət

  • 11

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edən Türkiyə aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edən Türkiyə aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015" birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə 30-dan çox aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.Türkiyə aviasiya vasitələrinin Azərbaycana gəlişi davam edir.

AZƏRTAC

Digər xəbərlər