"İri terror qrupları həmişə böyük dövlətlərin nəzarətində olub. PKK-dan İŞİD-ə qədər və yaxud da erməni lobbisinin himayəsində olan terror təşkilatlarını nümunə göstərə bilərik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev deyib.Onun sözlərinə görə, Qərb dövlətləri Türkiyəyə qarşı birmənalı siyasət yürütmür: "Qərb dövlətləri Türkiyənin gücünü zəiflətmək üçün əlindən gələni edir. Beynəlxalq siyasətdə onların ən böyük məqsədlərindən biri Türkiyənin gücünü zəiflətmək, onun dünya siyasətində ötkəmliyini, zərbəsini azaltmaqdır".Elşən Musayev Xalq Demokratik Partiyasının (HDP) seçkidə önə buraxılmasının Ərdoğan hakimiyyətinə təsirindən də danışıb: "HDP-nin seçkidə önə buraxılması Qərbin öz maraqlarına uyğun deyildi. Amma sonradan aydın oldu ki, əslində HDP-nin barajı keçməsi heç də Türkiyədəki siyasi prosesləri dəyişmədi. Yaxud da, Ərdoğanın gücünü ləkələmə iqtidarında olmadı. Çünki, HDP anamüxalifət partiyası, Türkiyənin əsas hərəkətverici partiyalarından biri ola bilməz. Planları iflasa uğrayıb, burada başqa səbəb görülmür. Türkiyə yeni seçkilərə gedir. Amma bütün hallarda hesab edirəm ki, HDP-nin indiki rəhbəri Öcalandan daha təhlükəli adamdır. Onun Türk siyasətində daha manevrli, daha təhlükəli addımlar atmaq və bu siyasətə ziyan vurmaq gücü var. Bu gün Türkiyə hökuməti həbsdəkilərdənsə, daha çox azadlıqda olanlarla mübarizə aparmalıdır".
sia.az