PDF Oxu

Siyasət

  • 13

ABŞ "demokratiyası"na olan inam darmadağın edilib

ABŞ "demokratiyası"na olan inam darmadağın edilib

ABŞ-da jurnalistlərin qətlə yetirilməsi ilə bir çox stereotiplər də qırılmış oldu. Özünü dünya jurnalistlərinin əsas "müdafiəçisi" kimi təqdim etməyə çalışan ABŞ "demokratiyası"na olan az-çox inam da darmadağın oldu. Yəqin ki, ABŞ-ın müxtəlif təşkilatları bundan sonra heç bir dövləti jurnalistlərin "hüquqlarını" pozmaqda ittiham etməyəcək. Ən azı bu, bir müddət baş verməyəcək. Baş vermiş bu hadisəyə bütün dövlətlərin susqunluqla yanaşması, beynəlxalq təşkilatların heç bir mövqe sərgiləməməsi dünyada mövcud olan ikili standartların ən bariz nümunəsidir. Necə ola bilər ki, hansısa müsəlman-türk dövlətində məişət zəminində ayağı burxulan bir jurnalistə görə bütün beynəlxalq təşkilatlar, başda ABŞ olmaqla, Qərbin əksər dövlətləri bəyanat verir, ancaq ABŞ-da baş verən bu biabırçı qətl hadisəsinə görə hamı susur? Ermənistan-Azərbyacan cəbhə xəttində baş verən atışma nəticəsində erməni əsgəri ölürsə, bu zaman ABŞ Dövlət Departamentinin sözçüsü bizi qınayır. Niyə işğalçı ölkənin üstümüzə hücum çəkən "dığası"nı yox, bizi qınayırlar? ABŞ-ın iqtisadi gücü təqdir olunandır və dünyanın supergücüdür. Lakin bu gücdən istifadə edib özündən "xilaskar" obrazı yaratmaq həmişə uğurla nəticələnmir. Bir sıra mühüm məqamlara diqqət yetirək.

1. ABŞ dünyanın ən ciddi mafioz dövlətidir. ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer (1953-1961) bunu özünün "prezidentlik dövrü"ndə dolayısı ilə etiraf edir. Hətta açıq şəkildə bildirir ki, pulu, böyük sərmayəçi dostları olan, mafiya ilə əlaqəli, kölgə iqtisadiyyatının himayəçiləri olan kapitalistlərlə "işbirliyi" quran istənilən şəxs ABŞ prezidenti ola bilər. Amerika tarixçisi Kurt London qeyd edir ki, ABŞ-da seçki ən cinayətkar üsulla həyata keçirilir və heç kim öz səsinin sahibi ola bilməz. Halbuki qutudan öz atdığın səs çıxır. Rus tarixçisi İvanov ABŞ-ın idarə olunması haqqında yazır: "Əslində, ABŞ kiçik bir dövlətdir, bura sadəcə böyük mafioz təşkilatların böyük gördüyü ölkədir". Həqiqətən də Haitidə baş verən zəlzələ zamanı biz bunun şahidi olduq. ABŞ Haitidən ən çox gəlir götürən dövlət oldu. Sonrakı sırada İngiltərə və Fransa durur. ABŞ dövlətinə bağlı olan, dövlətin əsas sütunları olan mafioz təşkilatlar Haitidə baş vermiş zəlzələ nəticəsində təkcə orqan satışından 50 milyard pul əldə etdilər. Və ya Liviyada aparılan terrorçu əməliiyatlara 5 milyadr sərf edən ABŞ 150 milyard dollar qazanc götürdü. Bütün bunlar ABŞ Dövlət Departamentinin, parlamentinin və ya hansısa dövlət qurumunun xidmətləri deyil. Bu, ABŞ dövlətini idarə edən, dövlətin sütunları olan mafioz təşkilatların xidmətləridir.

2. ABŞ dünyada prezidentlərə ən çox sui-qəsd olunan dövlətdir. Con Kennedi 1964-cü ilin prezident seçkilərinə hazırlıq məqsədilə Texasa gəlməmişdən öncə sanki ölümünü hiss edir və deyirdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?"

Heç nə uydura bilmədi və sözügedən ştatın mərkəz şəhəri olan Dallasa yollandı. 1963-cü il noyabrın 22-də saat 12.30-da snayper tüfəngindən ona iki atəş açıldı. Güllələrdən biri boynundan, ikincisi başından dəydi. Təcili hospitala çatdırılsa da, xeyri olmadı. Hadisədən təxminən 30 dəqiqə sonra ölüm xəbəri rəsmən elan edildi. ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi ilə yaradılmış komissiyanın rəyi belə oldu ki, hadisənin törədilməsində şübhəli bilinən Li Harli Osvald qətli təklikdə reallaşdırıb. Məsələ ilə bağlı araşdırmalar aparan ABŞ Nümayəndələr Palatasının qərarında isə mərhumun meyidinin yarılmasının standartlara uyğun aparılmadığı vurğulanıb. Bəzi ehtimallarda isə caninin Osvald olmadığı deyilir. Ümumən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi hələ də sirr olaraq qalmaqdadır. Aşağıda prezidentin müəmmalı qətlinə həsr olunmuş iki seriyalı film təqdim edilir. Filmdə hadisənin törədilməsinə əsas verə biləcək daxili, beynəlxalq ictimai-siyasi vəziyyətin təhlili aparılır, o cümlədən SSRİ-ABŞ münasibətlərinə, "Karib böhranı"na ətraflı nəzər salınır. O da iddia olunur ki, Rusiya xüsusi xidmət orqanlarında "G-123" nömrəli "papka"da bütün sirlər yatır. Keçək əsas məsələyə. ABŞ-ın bütün prezidentlərinə sui-qəsdlər olunub. Bu sui-qəsdlərdən əksəriyyəti qurtula bilsə də, ABŞ-ın 40-cı prezidenti Reyqanın da ömrünün sonuna qədər yarıcan yaşamasına səbəb oldu. Reyqan ona qarşı həyata keçirilən sui-qəsddən ölməsə də, 2004-cü ildə təzyiq və basqılar altında dünyasını dəyişdi. Ata Corc Buşa ümumilikdə 200 dəfə sui-qəsd təşkil olunub. Oğul Buşa qarşı isə 50 dəfə. Bu gün də bu ssenari gündəmdədir. Səbəb isə bəllidir: "Onları prezident edən qüvvələrin, mafioz qrupların mənafeyinə qarşı çıxmaq olmaz...".

3. Hazırda irqi-dini ayrıseçkilik zəminində insanların ən çox qətlə yetirildiyi ölkə ABŞ-dır. Son 2 ildə 50-yə yaxın qaradərili ağdərili ABŞ polisləri tərəfindən qətlə yetirilib. Sual olunur, bu proses niyə dayanmır? Polisləri tənbeh edənmi yoxdur, yoxsa nə? ABŞ-da yüzlərlə qaradərili işdən qovulub, minlərlər qaradərili basqı altında yaşayır. Yol hərəkəti qaydasını pozan qaradərili sürücü güllələnir. Bu qaradərili insanların Barak Obamaya inamını sarsıtmağa yönəlibsə, o zaman günahsız insanların nə günahı var? Maaşını, pensiyasını tələb edən qaradərili polisin xidməti silahı ilə ailəsinin gözü önündə öldürülür. Bəli, bütün bunlar bu gün baş verir. Bir neçə gün öncə Virciniya ştatında jurnalistlərin öldürülməsi də elə qaradərilinin qisası idi.

Ardı var...

Samir

Digər xəbərlər