PDF Oxu

Siyasət

  • 12

Ekspertdən immiqrant probleminə MÜNASİBƏT

Ekspertdən immiqrant probleminə MÜNASİBƏT

"Əgər haradasa insan həyatının dəyəri yoxdursa, deməli orada heç nəyin dəyəri yoxdur". Bu sözləri SİA-ya siyasi ekspert Elman Nəsirli Avropada böyük immiqrant probleminə qarşı beynəlxalq təşkilatların laqeyd yanaşmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, son zamanlar Avropa İttifaqı ölkələrinin, beynəlxalq təşkilatların immiqrantlara qarşı laqeyd münasibət bəsləməsi, xüsusilə də BMT-nin bu prosesləri kənardan izləməsi heç şübhəsiz ki, böyük təəssüf yaradır: "Çünki söhbət insan həyatından gedir. İnsan həyatından vacib heç nə yoxdur. Əgər haradasa insan həyatının dəyəri yoxdursa, demək orada heç nəyin dəyəri yoxdur. Təəssüf ki, bu gün Avropa ölkələri, beynəlxalq təşkilatlar insan haqlarından ağız dolusu danışsalar da, bunu əməllərdə izləmək olmur. İmmiqrantlara qarşı münasibətdə yeridilən siyasət bunu təsdiqləyir. Buna görə hər gün yüzlərlə immiqrant həlak olur. Onların təhlükəsiz yerləşdirilməsi ilə bağlı heç bir addım atılmır".E. Nəsirli immiqrantlarla bağlı qarışıq vəziyyətin yaranma səbəblərini də açıqlayıb: "Hazırda miqrasiya problemi xeyli kəskinləşib. Amma müvafiq qurumlar, beynəlxalq təşkilatlar, Avropanın güclü dövlətləri bu problemin kökünü öyrənmək istəmir. Niyə insanlar Afrikanı, Suriyanı, Liviyanı kütləvi şəkildə tərk edirlər? Çünki insanlar bu ölkələri tərk etmək məcburiyyətində qalırlar. Hesab edirəm ki, Avropa Birliyinə daxil olan dövlətlər, beynəlxalq qurumlar və təşkilatlar çox gözəl dərk edirlər ki, miqrasiyanın kökündə məhz onların özlərinin apardığı ədalətsiz siyasət dayanır".

sia.az

Digər xəbərlər