"Ermənistanda əhalinin sayı sürətlə azalmaqda davam edir". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.Politoloq Ermənistan əhalisinin azalmasında bir neçə səbəbin olduğunu diqqətə çatdırıb: "Ermənistanda sosial-iqtisadi vəziyyət olduqca acınacaqlıdır. Əvvəla əhalidə artım çox az müşahidə olunur. Digər tərəfdən isə Ermənistandakı əhalinin böyük əksəriyyəti Rusiya və Avropanın bir sıra ölkələrinə köçürlər. Bu tendensiya daha da genişlənməkdədir. Buna əsas səbəb kimi, ölkədə siyasi represiyaların olmasıdır. Yəni Ermənistanın hazırkı hakimiyyətini erməni cəmiyyəti "Cinayətkar hakimiyyət" kimi görür. Bu baxımdan da Ermənistanın istər söz azadlığı, istərsə də sərbəst mövcud olması baxımından olduqca böyük problemləri var. Erməni əhalisi dost ölkələrdə özlərini təhlükəsiz və dinc yaşamaq imkanlarından məhrum olmuş kimi hesab edirdilər. Özlərini dünyaya yazıq millət kimi göstərirlər. Düşünürəm ki, Ermənistanda hakimiyyətin yürütdüyü dağıdıcı siyasət, bütövlükdə ölkənin həm demokratik, həm də sosial-iqtisadi vəziyyətini pisləşdirir və uçuruma aparır".
sia.az