PDF Oxu

Siyasət

  • 10

Qərbin qırılmış qələmi...

Qərbin qırılmış qələmi...

ABŞ-da öldürülən jurnalistlər kim(lər)in ayağına yazılmalıdır?

Son günlər Qərb mətbuatının Azərbaycanın söz və media azadlığı ətrafında, ümumiyyətlə, jurnalistlik fəaliyyəti barədə bu və ya digər formada apardığı çirkin siyasi oyunlar bir daha qarşı tərəfin özünü məhz bu yollarla pərdələməyə cəhd etməsinin göstəricisi kimi qəbul edilməkdədir. Daha dəqiq desək, istər Qərbi Avropa ölkələrində, istərsə də ABŞ-da jurnalistika peşəsinə sözün həqiqi mənasında, ölüm peşəsi kimi baxırlar. Çünki Qərbdə mövcud olan "demokratiya" artıq cinayətkarlıq müstəvisinə keçid açıb. Məsələn, bu gün ABŞ-da istənilən vətəndaşın evində ən azı 3-4 silahı var ki, həmin silahların nə zamansa işlədilməyəcəynə kimsə qarantiya verə bilməz. O cümlədən, Avropa ölkələrində də mülki əhalinin silahlanması prosesi sürətlə davam edir və sabah həmin silahlar istər şəxsi zəmində, istərsə də siyasi motivlərdə tətbiq edilə bilər. Xüsusilə, bu məqam barədə biz bir neçə gün öncə Virciniya ştatının WDBJ7 televiziyasının əməkdaşları - 24 yaşlı reportyor Alison Parkerin və 27 yaşlı operator Adam Vardın canlı yayım zamanı odlu silahdan açılan atəşlə qətlə yetirilmələrini sübut kimi göstərə bilərik. Həmçinin, yuxarıda qeyd edilən hallarla yanaşı, buraya irqçilik, ksenofobiya kimi amilləri də əlavə etsək, onda bu gün Azərbaycanı az qala "jurnalistlərin məzarlığı" kimi təqdim edib, bundan siyasi və şəxsi mənfəət güdən Qərb dairələrinin reallıqda nə qədər "vicdanlı" olduqlarını görərik.

Bəs Qərbin "ağıllı" hüquq müdafiəçiləri nəyə görə susurlar?

Ümumiyyətlə, ölkəmizdə hətta ən kiçik məişət hadisəsini demokratiyaya vurulan "nəhəng zərbə" kimi şişirdib, bundan pul qazanan Qərb haray-şivənçiləri yaxşı olardı ki, dönüb öz hallarına ağlasınlar. Çünki bu gün ABŞ-da, Qərbi Avropada ksenofobiya, iqrçilik, zorakılıq, dəhşətli jurnalist qətllərinin sayı kifayət qədər çoxdur.

Digər tərəfdən, ABŞ və Qərbdə jurnalistlərə qarşı döümsüzlük artıq ən son həddə qədər gəlib çatıb. Gəlin buna daha bir nümunə göstərək. Məsələn, ABŞ prezidentliyinə namizəd Donald Tramp ötən günlərdə keçirdiyi mətbuat konfransında jurnalistin ona miqrantlarla bağlı ünvanladığı suala kəskin reaksiya verib və nəticədə prezidentliyə namizəd (!-R.N.) onu konfransının keçirildiyi məkanda təhqir edərək, "rədd ol burdan" komandası verib. Üstəlik, Trampın mühafizəçiləri amerikalı jurnalisiti döyərək oradan uzaqlaşdırıblar. Maraqlıdır, bu gün həmin hadisə barədə Amerikanın nüfuzlu media qurumları nəyə görə yazmırlar? Niyə bu barədə araşdırmalar aparıb, jurnalistə qarşı olan bu kimi vəhşi davranışı pisləyən bəyanatlar səsləndirmirlər? Bəs Qərbin "ağıllı" hüquq müdafiəçiləri nəyə görə susurlar? Axı bu faktın özü 100%-lik anti-demokratik addım, eləcə də söz və məlumat azadlığının pozulmasıdır!

Əlbəttə ki, əgər bir ölkədəki polis kimisə irqçilik zəminində qətlə yetirirsə, məhkəmə də həmin polisə bəraət verirsə, onda jurnalsitlərin həyatlarının nə qədər nazik tükdən asılı vəziyyətdə olduğunu kifayət qədər görmüş olarıq.

Yeri gəlmişkən, məşhur Ferqyisson hadisələri zamanında da bir neçə jurnalistə qarşı zorakılıq nümayiş etdiriilmişdi. Bu hadisələr zamanı 5 nəfər jurnalist müxtəlif xəsarətlər alsalar da, bu barədə çox qısa məlumat verilmişdi. Daha sonra isə həmin jurnalistlər təhdid ediliblər. Belə ki, onlar məcburi qaydada başlarına gələn hadisə barədə bir daha danışmamaları, yazmamaları barədə hüquq-mühafizə orqanlarına yazılı iltizam verməyə məcbur edilmişdilər. Budur Qərb "demokratiyasının" real "söz azadlığı"!

Xədicə İsmayıl isə onlar üçün əla vasitədir

Bu gün Xədicə İsmayıl və onun kimi sifarişlər əsasında çalışan adamlar barədə danışarkən, onlar barədə "jurnalist" ifadəsini işlətmək qeyri-dəqiq olardı. Xədicə İsmayıl "Azadlıq Radiosu"nda çalışdığı dönəmlərdə həmin media orqanının adı və vəsiqəsi altında dövlət əleyhinə işlərlə məşğul olub. Onun xarici ölkələrdə anti-Azərbaycan xarakterli konfranslara qatılması, erməni lobbisinin verdiyi təlimatları erməni həmkarları ilə icra etməsi, o cümlədən, vergidən yayınması və s. olaylarda adının hallanması, nəticədə qanun qarşısına çıxarılması Qərb mediasının gündəlik manşetinə çevrilib. Ona görə yox ki, onların Xədicə İsmayıla yazıqları gəlir, ona görə ki, burada Azərbaycana qarşı qarayaxma kampaniyası faktoru dayanır. Xədicə İsmayıl isə onlar üçün əla vasitədir.

Daha bir məqam isə bir müddət əvvəl Azərbaycanda Rasim Əliyev adlı reportyorun ölümünə səbəb olan məlum hadisə ilə bağlıdır. Xatırladaq ki, o "facebook" sosial şəbəkəsində yazdığı statusa görə, bir neçə şəxs tərəfindən döyülmüş və xəstəxanada vəfat etmişdi.

Bu, ən azından, mənəviyyatsızlıqdır!

Hadisə baş verəndən sonra qısa müddət ərzində jurnalistin döyülməsində iştirak edən bütün şəxslər tutuldular və hazırda barələrində hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri aparılmaqda davam edir. Xüsusilə qeyd edək ki, həmin hadisədən dərhal sonra ölkə başçısı dərhal onu şəxsi nəzarətinə götürdüyünü bəyan etmişdi. Yəni bu hadisəni də jurnalistin peşə fəaliyyətinə görə, yəni çalışdığı KİV-də qələmə aldığı məqaləyə görə əlaqələndirmək ən azından, mənəviyyatsızlıqdır. Lakin hər addımda Azərbaycana təzyiq etməyə çalışan xarici dairələr və onların yerli əlaltıları bu hadisənin əsl mahiyyətini görməzliyə vuraraq, ölkəmizə qarşı qara piar həyata keçirməyə növbəti dəfə cəhd göstərdilər.

Radikal müxalifət mediası bir tərəfdən, Avropa Şurası və qitənin digər təşkilatları da o biri tərəfdən əllərinə balta alıb, düşdülər Azərbaycanın üzərinə ki, bəs burada "jurnalistlər qəltə yetirilir" (?!-R.N.). Ancaq sonradan faktlar da göstərdi ki, bu gün Azərbaycana qarşı qərəz kampaniyası başlatmağa çalışanların özlərində vəziyyət ürəkaçan deyil.

Qayıdaq ABŞ-dakı qətlə...

Çünki sərf etmirdi onlara...

ABŞ-da jurnalist öldürülüb, özü də ikisi birdən və peşə fəaliyyəti göstərdikləri zaman! Ancaq çox maraqlıdır ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümünə reaksiya vermədi. Hətta biz jurnalist olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyi ilə nə qədər əlaqə yaradıb, müvafiq insanlar tərəfindən açıqlama almağa çalışsaq da, bu, mümkün olmadı. Qaçdılar, necə deyərlər. Çünki sərf etmirdi onlara...

Üstəlik, ABŞ Dövlət Departamenti, Ağ Evin mətbuat katibliyi, ABŞ senatorları, konqresmenləri də bu barədə bir kəmsə də olsa danışmadılar. Niyə? Hansı səbəbdən? Yaxşı olardı ki, bu gün ölkəmizə qarşı qərəz yürüşünə çıxan dairələr bu sualların cavabını versinlər.

Rövşən NURƏDDİNOĞLU

P.S. Bizcə, artıq Qərb jurnalistikasının qələmi çoxdan qırılıb. Ancaq bütün bunlara rəğmən, ABŞ-da öldürülən jurnalistlər kim(lər)in ayağına yazılmalıdır?

Digər xəbərlər