PDF Oxu

Siyasət

  • 11

Seçkilərin şəffaf və qanun çərçivəsində keçirilməsində ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür

Seçkilərin şəffaf və qanun çərçivəsində keçirilməsində ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür

Noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar ciddi hazırllıq işləri aparılır, Dairə-Seçki Komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə-seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edib.

Sözügedən məsələ ilə bağlı 29 saylı Səbail seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində keçirilir. C.Məmmədov 29 saylı Səbail seçki dairəsi Dairə-Seçki Komissiyasında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən, qarşıdan gələn parlament seçkiləri ilə bağlı genişmiqyaslı maarifləndirmə proqramından məlumat verərək bildirib ki, parlament seçkiləri ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə-seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. Artıq bu seminarlar aşağı komissiyalarda - məntəqə-seçki komissiyalarının sədrləri və dairə-seçki komissiyasının üzvləri üçün prioritet təşkil edilir. Bu maarifləndirici seminarların və kursların seçkilərin şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür.

29 saylı Səbail seçki komissiyasının sədri onu da vurğulayıb ki, 38 min 673 seçicisi olan Dairə-Seçki Komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərə bir neçə gün qalmış əlavə müvəqqəti məntəqənin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılır. Məntəqələr lazımi texniki zəruri avadanlıqla tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə 12 məntəqədə veb-kamera quraşdırılıb. Kurslarda seçici siyahıları ilə iş qaydası, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzularında təlimlər keçirilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər