PDF Oxu

Siyasət

  • 20

Əhməd Oruc: “AXCP və Müsavatın fəaliyyəti süni şəkildə şişirdilir” AÇIQLAMA

Əhməd Oruc: “AXCP və Müsavatın fəaliyyəti süni şəkildə şişirdilir” AÇIQLAMA

"Müxalifət partiyaları siyasi yönümünə, arientasiyasına görə müxtəlifdir. Dayandıqları siyasi platformaya görə də bir-birlərindən fərqlənirlər. Ona görə də müxalifət partiyalar arasında zamanla mənfi münasibətlər yaranıb. Bu da seçkilərdə birgə iştirakla bağlı məsələlərə təbii ki, təsir edir". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" partiyasının sədri Əhməd Oruc deyib.Partiya sədri bildirib ki, "Azadlıq-2015" seçki blokunda 8 partiya bir araya gəlib: "Onlardan biri də mənim sədri olduğum "Azadlıq" partiyasıdır. Ölkəmizdə ən çox söz sahibi olan müxalifət partiyaları məhz elə bu blokda birləşib. Bundan kənarda isə demək olar ki, müxalifət partiyası deyilə biləcək partiya qalmayıb. Bir qisim də var ki, onlar seçki ilə bağlı hansı addımı atacaqlarına dair qərar qəbul edə bilməyiblər. Çünki bu zamana qədər onların fəaliyyətləri elə özləri tərəfindən süni şəkildə şişirdilib. İndi də seçki ərəfəsində nə edəcəklərini bilmirlər. Baxmayaraq ki, beynəlxalq təşkilatlar onlara lazımı dəstəyi verir, amma yenə də heç bir uğura imza ata bilmirlər. Bu baxımdan da hesab edirəm ki, AXCP və yaxud da Müsavat kimi bitmiş qurumların adlarını tez-tez müxalifətin əsas dayaqları kimi hallandırmaq lazım deyil. Müxalifətin əsas gücü yalnız seçkilərdə bilinir".

sia.az

Digər xəbərlər