PDF Oxu

Siyasət

  • 28

Bahar Muradova: “Ermənilərin toy çadırına atəş açması ciddi narahatçılıq doğurur" AÇIQLAMA

Bahar Muradova: “Ermənilərin toy çadırına atəş açması ciddi narahatçılıq doğurur" AÇIQLAMA

"Tərtər rayonunun cəbhəyanı kəndində toy mərasimi zamanı erməni silahlıları tərəfindən açılan atəş nəticəsində vətəndaşlarımızın yaralanması bir daha onu göstərdi ki, atəşkəs rejiminin olmasına baxmayaraq cəbhə bölgəsində insanlarımız rahat yaşaya bilmirlər".SİA-nın məlumatına görə bu fikirləri Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.Bahar Muradova bildirib ki, belə bir hadisənin baş verməsi hər birimizdə ciddi narahatçılıq doğurur: "Ermənilər insanlıqdan nə qədər kənar bir mövqedədir ki, hətta toy çadırını belə atəşə tutmaqdan çəkinmirlər. Bu bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu, hələ də region üçün, dünya üçün çox böyük təhlükə olaraq qalır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində hər gün baş verən insidentlərdən danışmaqdansa, diqqəti münaqişənin həllinə yönəltməlidirlər. Biz hər zaman şahidi oluruq ki, münaqişədən söhbət gedəndə yalnız bu kimi insidentlərin aradan qaldırılması yolları axtarılır, amma münaqişənin bütövlükdə həllinə çalışılmır. Nəzərə alsaq ki, təmas xətti Azərbaycan ərazisindən keçir, bizim vətəndaşlar daha çox itkiyə məruz qalır, Azərbaycanın tələbində nə qədər haqlı olduğunu bir daha vurğulamaq olar. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrləri öz imkanlarından maksimum istifadə etməlidirlər".

sia.az

Digər xəbərlər