PDF Oxu

Siyasət

  • 28

Elşən Musayev: “Əli Kərimli Qərbə çoxdan satılıb” AÇIQLAMA

Elşən Musayev: “Əli Kərimli Qərbə çoxdan satılıb” AÇIQLAMA

"Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub". Bu sözləri SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev deyib.Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: "Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq bu adam hələ də çayxana söhbətləri edir. Bu səbəbdəndir ki, onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən başqa heç kim qalmayıb".Elşən Musayev Gültəkin Hacıbəylinin yazısını oxuduğunu bildirir və burada yazılanları şərh edir: "Orada yazılıb ki, Əli Kərimlini satın almaq lazımdır. Bu insan "mübarizə aparmaq" ifadəsi yerinə "satın almaq" ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli o bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu alqı-satqı obyekti olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar".

sia.az

Digər xəbərlər