Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsində imzatoplama kampaniyasında iştirak edəcək üzvlərlə növbəti treninq keçirilib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev görülmüş işlər barədə geniş məlumat verib. Natiq qeyd edib ki, keçiriləcək Parlament seçkilərində 10 nəfərdən ibarət təcrübəli partiya üzvü imza toplama kampaniyasına cəlb edilib.
İmza toplayanlarla bir neçə dəfə treninq aparılıb. Növbəti treninqdə qəragahın sədri imza toplayan şəxslərin görəcəyi işlər barədə geniş məlumat verib və bu kampaniyanın demokratik şəkildə başa çatması üçün uğurlar arzulayıb.
yap.org.az