PDF Oxu

Siyasət

  • 33

KTN-də görüş keçirilib

KTN-də görüş keçirilib

Bu gün kənd kəsərrüatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Nyu-Meksiko ştatının senatoru Meri Kei Papen və həmin ştatdan olan bir qrup iş adamından ibarət nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sİa-ya verilən xəbərə görə, görüşün məqsədi Nyu-Meksiko ştatı ilə Azərbaycan arasında kənd təsərüfatı sahəsində əməkdaşlığın inkişafı, eləcə də ticarət əlaqələrinin təşviqi üçün mövcud imkanlar barədə müzakirələrin aparılmasından ibarət olub.Nazir müavini qonaqları səmimi salamlayaraq Nyu-Meksika ştatı ilə Azərbaycan arasında sıx əlaqələr olduğunu,o cümlədən sözü gedən ştat arasında Xocalı qətliamı haqqında,ölkəmizdə yaradılmış tolerantlıq mühitini təqdir edən qətnamələrin qəbul edilməsində senator xanım Meri Kei Papenin böyük rolu olduğunu diqqətə çatdırdı və təşəkkürünü bildirib.Nazir müavini İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini qonaqların diqqətinə çatdırıb.Nazir müavini İlham Quliyev Azərbaycanla ABŞ arasında Kənd Təsərrüfatı sahəsində əlaqələri yüksək qiymətləndirərək,baytarlıq sahəsində regionlarda ən müasir tələblərə cavab verən baytarlıq laboratoriyalarının yenidən qurulmasına dəstək verdiyinə görə ABŞ hökümətinə minnətdarlığını bildirib.Nazir müavini İlham Quliyev Azərbaycanda kənd təsəsrrüfatının inkişafı üçün əlverişli investisiya mühitinin olduğunu və ABŞ-ın iş adamları ilə Azərbaycanın iş adamları arasında görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib, ekoloji təmiz meyvə və bostan məhsulları istehsalı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, müasir suvarma texnologiyalarının tətbiqi sahəsində layihələrin həyata keçirilməsi, şərabçılıq və üzümçülük sahəsində təcrübə mübadiləsinin aparılmasına dair təklifləri nəzərə çatdırıb.Nazir müavini İlham Quliyev 20 faiz torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal edilməsi və bir milyon qaçqın və məcburi köçkünü olan ölkəmizin mövcud olan çətinliklərə baxmayaraq,möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının yüksək templə inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb.Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub və iş adamları ilə geniş fikir mübadiləsi aparılıb.Senator Meri Kei Pape səmimi qəbula görə təşəkkürünü bildirdi və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

sia.az

Digər xəbərlər