Məqsədim ilk məhəbbəti unutmağın yollarından yazmaq deyil. Əsas mətləbə keçəcəm. Ancaq elə ilk məhəbbəti unutmağın yollarından başlayaq. Əslində, bunun bir yolu var, qalan bütün variantlar romantik xarakterli olduğuna görə heç bir işə yaramır. Sadəcə, unutmaq istədiyin qadını tualetdə oturmuş vəziyyətə təsəvvür elə. Özün də aşağıdan yuxarı baxırsan... Bundan sonra məhəbbətmi qalar?! İlk yox ha, lap sıfır məhəbbət olsa da, rəhmətə qovuşacaq. Düzdür, bunun özü də manyaklığın bir növüdür, amma neyləyəsən. Çarəsiz qalanda insan hər şey edər.
10-cu sinif "Azərbyacan dili" dərsliyi haqqında eşitdiklərimə inanmaq istəməsəm də, şəxsən bunun şahidi oldum. Deməli, bu dərsliyin 90-cı səhifəsində 134, 135, 136 nömrəli ev tapşırıqları verilib. Tapşırıqda göstərilir ki, vulqar sözləri tapın. 136 nömrəli tapşırığı olduğu kimi yazıram:
- Otağa gur və zəhmli bir səs yayıldı:
- İtil burdan, küçük!
- Şamxal atasının qolundan tutub dartındı:
- Burax deyirəm sənə!
- Kəs səsini qancığın balası!
- Ağzını təmiz saxla, dədə!
- Kəs deyirəm, qancıqdan süd əmən!
- Südümə söymə dədə!
- Ə, qoduq, mənim üstümə şeşələnirsən?
( İsmayıl Şıxlı)
Burda qeyri-adi bir şey yoxdur, vulqar sözlərə aid çox gözəl nümunədir. Başa düşmürəm, dərslikdə nə yazılmalıydı ki? Oğul deyir ki, dədə, südümə söymə, dədə deyir ki, qancıqdan süd əmən! Bundan gözəl vulqarizm harda tapmaq olar?
"Azadlıq" qəzetinin sonuncu nömrəsində Xədicə İsmayılla anası Elmiranın şəklini qoyub altından da yazıblar ki, "Azərbaycan hökumətinin baş ağrısı...". Yanılırsınız əzizlərim, Xədicə dişağrısıdır. Atalar da yaxşı deyib, "qonşun pisdirsə, qaç qurtar, dişin ağrıyırsa, çək qurtar". Ancaq belə baxanda Xədicə diş ağrısına da oxşamır, Qərbin burdakı dişi olub bilib-bilmədiyi yerlərə dişini qıcayırdı. Accentford, Paraçitramon, Pentalqin verdik, diş ağrısı keçmədi. Çünki çürük dişi idi, onu da çəkib atarlar. Bir balaca çürük dişə görə bu boyda insan əziyyətmi çəkməlidir? Di, gedin!
Deyir, bir gün Habil Əliyev bərbərdə saçını kəsdirirmiş. Bərbər Habil müəllimin saçını çox pis vəziyyətə qoyub, hətta başından qan axıdıbmış. Bir neçə yerdən qayçı ilə, lezva ilə Habil müəllimin başını yaralayıbmış. Bərbər öz bacarıqsızlığından fikri yayındırmaq üçün Habil müəllimdən neçə qardaş olduqlarını soruşub. Habil müəllim cavab verib: "Sənin əlindən sağ çıxsam, üç qardaş olacağıq...".
Samir