Müsavatın sabiq başqan müavini, İsa Qəmbərin oğlu Turqut Qəmbər bu günlərdə verdiyi müsahibəsində deyib ki, əgər o, həbs olunarsa, atasının reytinqi qalxar. Ona görə də hakimiyyət bu bappalaca, kiçik və gözəgörünməz siyasətbazın həbsində "maraqlı" deyilmiş (?!-R.). Əslində, bu, bir təkəbbürdür, cəmiyyətin ictimai rəy kəsiminin səni qəbul etməməsinə rəğmən özünü zorla gözə soxmaq, dürtüşdürmək təkəbbürü!
Bu gün get istənilən adamdan soruş ki, ay bala, ay dayı, ay əmi, ay bibi, ay xala və s. sən Turqut Qəmbəri tanıyırsanmı? Kimdir, nəçidir, hansı məzhəbə qulluq göstərir o? Qayıdıb-deyəcək ki, a kişi, mən nə bilim dediyin qəmbərdi, daş-kəsəkdi, çınqıldı, qumdu, hər nədirsə, kimdir? Ələ salmısan məni? Sən Allah, qoy beş-on manat çörəkpulumu qazanım. Turqut-murqutla işim-zadım yoxdur, heç maraqlandırmır da məni belə qəliz zadlar…
Həəə, bax onda qayıdıb deyəcəyəm ki, əşşi, həmin bu çınqıl, daş-kəsək, toz-torpaq dediyim kəs İsa Qəmbərin oğludur, eeeyyy! Bax, onda da qayıdıb deyəcəklər ki, a dədə-balası, axı nə istəyirsən məndən, mənə nə ki, dediyin o uşaq İsa Qəmbərin oğludur? Əl çək da məndən!
Bu zaman kor-peşman yenidən Turqut Qəmbərin müsahibəsinə göz atıb, onun özü barədə apardığı təkəbbürlü reklamdan baş çıxarmağa çalışacağam. Məsələn, çalışacağam öyrənim ki, görəsən, "mən məhz ona görə həbs olunmadım ki, bu təbliğat olsun"-deyən bu babbalaca, tanınmayan və qəbul edilməyən siyasətbaz nə vaxtdan atası İsa Qəmbərin "reytinqinin" artırıb-çoxaldanı olub axı? Məsələn, yekə-yekə durub deyir ki, əgər həbs olunsa, bu İsa Qəmbərin "reytinqinə" təsir göstərəcəkmiş (??!!-R.). Və guya məhz bu amili nəzərə alıb, onu tutmayıblar.
Gəlin burada heç kimin tanımadığı, kiçik və nökərçilik etdikləri dairələr tərəfindən pul-para ilə ələ alınmış bir qrupa başçılıq edən, ölkə ictimaiyyəti üçün maraq kəsb etməyən, bu səbəbdən də özünü gözə dürtüşdürən Turqut Qəmbərin məntiqsiziliyinin dərinliyinə varaq. Varaq və belə nəticəyə gələk ki, istəyir Turqut Qəmbər olmasın, lap Əli Kərimlinin oğlu Türkül Kərimli olsun, bu ölkədə qanunları pozan istənilən kəs qanun aliliyinin qarşısında cavab verir. Qanunu pozursansa, cavab verirsən! Bu gün sən Xədicə İsmayıla görə özün kimi beş-altı nəfər tanınmazı ətrafına toplayıb "Fəvvarələr meydanı" deyilən ərazidə icazəsiz aksiya keçirmək istəyirsənsə, bunun bədəlini ödəməlisən. Sabah sən Leyla Yunusa görə də eyni addımı atsan, yenə də bədəlini alacaqsan, özü də qanunamüvafiq şəkildə. Daha burada "məni həbs etsələr, dədəmin reytinqi qalxar-malxar" kimi uğursuz qəzəllər söyləməyin də yeri yoxdur. Hə, əgər sən tanınıb-eləsəydin, başqa məsələ. Demək, burada məsələ nədir? TƏKƏBBÜR! Səni həbs edirlər, qışqır-bağır salırsan ki, ölkədə müxlaifət mövqeli insanların ailə üzvlərinə qarşı "repressiya siyasəti" həyata keçirilir. Tutulmadıqda isə, yekə-yekə danışırsan ki, səni həbs etmədilər ona görə ki, bu həbs atanın "siyasi reytinqini" artıracaq. Buna təkəbbürdən başqa ayrı ifadələr də yapışdırmaq olar. Sadəcə, belə ifadələri dərc edib, həmin ifadələri Turqut Qəmbər kimi natəmizlərlə kirləndirmək istəməzdim…
RÖVŞƏN
Açığı İsa Qəmbərin oğlunun bu qədər yekəxana tipli ifadələr işlətməsi onsuz da atasının düşük reytinqinin daha da aşağıya düşməsinə səbəb olmaqdadır. Nə etsinlər, başqa əlacları yoxdur axı gündəmdə qalmaq üçün.