Zərdabda bu il ali məktəblərə, hərbi məktəb və liseylərə daxil olan abituriyentlərlə görüş keçirilib.AZƏRTAC xəbər verir ki, görüşdə rayon rəhbərləri, valideynlər, müəllimlər və ziyalılar iştirak ediblər. İcra hakimiyyətinin başçısı Lütvəli Babayev ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunan məzunları təbrik edərək, ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.Görüşdə vurğulanıb ki, son illər rayonda təhsilin inkişafı, maddi-texniki bazasının möhkələndirilməsi istiqamətində ardıcıl işlər görülür. Belə ki, 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifayə verilib. Üçüncü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər orta məktəbi və Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni binaların tikintisinə, şəhər 1 saylı tam orta məktəb binasının əsaslı təmirinə başlanacaq.Bildirilib ki, 2007-ci ildə rayon üzrə ali məktəblərə cəmi 48 nəfər qəbul olmuşdusa, bu il onların sayı 151 nəfərə çatıb. Məzunlardan 6-sı 600-dən çox bal toplayıb, 4 məzun isə ali hərbi məktəbə və hərbi liseyə qəbul edilib.Görüşdə ali məktəblərə yüksək balla daxil olan abituriyentlərə qiymətli hədiyyələr verilib.
AZƏRTAC