PDF Oxu

Siyasət

  • 38

Şamaxının təhsil işçiləri tədrisin səviyyəsini yüksəltmək yollarını müzakirə ediblər

Şamaxının təhsil işçiləri tədrisin səviyyəsini yüksəltmək yollarını müzakirə ediblər

Şamaxıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət sarayında keçirilən konfransda 2014-2015-ci tədris ilinin yekunları və qarşıdakı dərs ilindəki vəzifələr geniş müzakirə olunub. Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunub.Bildirilib ki, son illər respublikamızın hər yerində olduğu kimi, Şamaxıda da müasir tələblərə cavab verən yeni məktəb binaları tikilərək istifadəyə verilib, bir sıra təhsil ocaqları əsaslı təmir edilib. Hazırda rayonun Mədrəsə qəsəbə tam orta məktəbi üçün 380 yerlik və Şərədil kənd ümumi orta məktəbi üçün 80 yerlik yeni binalarda tamamlanma işləri aparılır.Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi yolları, bu məqsədlə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edilməsi, istedadlı şagirdlərlə işin təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunub.Konfransda, həmçinin rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov çıxış ediblər.Sonda ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayan 9 abituriyentə fəxri fərman, qiymətli hədiyyə və pul mükafatları verilib.

AZƏRTAC

Digər xəbərlər