PDF Oxu

Siyasət

  • 77

Ağstafada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bəhrəsini verir

Ağstafada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bəhrəsini verir

Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində təhsil işçilərinin 2014/2015-ci tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.Konfransda rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyevin hesabat məruzəsi dinlənilib. Məruzədə Azərbaycanın təhsil sisteminin inkişafı, aparılan islahatlar, həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılib. Ulu Öndərin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Diqqətə çatdırılıb ki, Ağstafada da məktəb infrastrukturunun yeniləşməsi istiqamətində xeyli iş görülüb. Belə ki, 2014/2015-ci tədris ilində Eynallı kənd tam orta məktəbi üçün 300 şagird yerlik, Kolxəlifəli kənd tam orta məktəbi üçün isə 220 şagird yerlik yeni binalar tikilərək istifadəyə verilib. Ötən tədris ilində Dağ Kəsəmən 1 nömrəli və şəhər 1 nömrəli tam orta məktəbləri "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olublar. Bu il rayonun ümumtəhsil müəssisələrini bitirən məzunlardan 211 nəfəri ali məktəblərə daxil olub. Onlardan 15 nəfəri 600-dən yuxarı, 51 nəfəri isə 500-dən yuxarı bal toplayıb.Konfransda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı İlyas İsmayılov, Təhsil Nazirliyinin nümayəndəsi İlham Pirməmmədov və başqaları çıxış edərək təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.Çıxışlarda bir daha vurğulanıb ki, bu gün Azərbaycanda təhsil sistemi yeni inkişaf mərhələsini yaşayır. Dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində təhsil işçiləri üçün hər cür şərait yaradılır.Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.Sonda qabaqcıl təhsil işçilərinin bir qrupu və ali məktəblərə yüksək balla qəbul olunan məzunlar rayon icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

AZƏRTAC

Digər xəbərlər