PDF Oxu

Siyasət

  • 48

Bakı Ağ Şəhərin ofis binası World Architecture Festival mükafatına namizəddir

Bakı Ağ Şəhərin ofis binası World Architecture Festival mükafatına namizəddir

Bakı Ağ Şəhərin ofis binası ofis kateqoriyasında World Architecture Festival (Dünya Memarlıq Festivalı) 2015-ci il mükafatına namizədlər siyahısına daxil olub.

Bakı Ağ Şəhərin mətbuat xidmətindən bildirilib ki, dünyanın ən iri memarlıq mükafatı proqramı olan WAF-a 47 ölkədən 700-dən çox memarlıq və dizayn layihələri iştirak ərizələrini təqdim ediblər. Namizədlər siyahısında "Foster + Partners", "Zaha Hadid Architects", "Herzog & de Meuron", "OMA", "Buro Ole Scheeren" və "Atkins" kimi memarlıq bürolarının işləri var.

Bu kateqoriyada London, Sinqapur, Sidney, Əbu-Dabi kimi şəhərlərdən də ofis binalarının namizədliyi irəli sürülüb.

Nəticələr bu il noyabrın 5-də Sinqapur şəhərində açıqlanacaq.

yap.org.az

Digər xəbərlər