PDF Oxu

Siyasət

  • 38

Hikmət Babaoğlu: “Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq məkanıdır” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq məkanıdır” MÜNASİBƏT

"Azərbaycanın xarici siyasəti düşünulmüş, uzunmuddətli perspektivə hesablanmış unikal siyasi strategiyaya əsaslanır. Onun başlıca səciyyəvi xüsusiyyəti isə tarazlaşdırılmış olmasıdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu NATO-nun baş katibinin Azərbaycana səfərindən Rusiyanın narahatçılıq keçirməsinə dair səslənən iddialara münasibətini açıqlayarkən deyib.Politoloq qeyd edib ki, ölkəmiz olduqca mürəkkəb geostrateji məkanda yerləşir: "Bu vasitə ilə milli maraqlarımızı qorumaqla yanaşı xarici tərəfdaşlarımızın ziddiyətli maraqları arasında da siyasi manevr etmək imkanları qazanırıq. Yəni Azərbaycanın xarici siyasəti elə ciddi və dərin perspektivlərə malikdir ki, orada regional və qlobal aktorların maraqlarının uzlaşdırılması üçün kifayət qədər imkanlar var. Ona görə də düşünürəm ki, əgər NATO-nun baş katibi Azərbaycana səfər edəcəksə, Rusiya bundan rahatsızlıq keçirməz. Rusiyada da, NATO-da da bilirlər ki, Azərbaycan qarşıdurma deyil, dialoq və əməkdaşlıq məkanıdır. Böyük şimal qonşumuzla qarşılıqlı etimada söykənən çox yüksək səviyyəli siyasi və iqtisadi münasibətlərimiz var. NATO-ya üzv olan ayrı-ayrı ölkələrlə də müxtəlif səviyyəli münasibətlərimiz mövcuddur. Ona görə də hesab edirəm ki, hər hansı tərəflə əməkdaşlıqda digər tərəfi narahat edən heç bir səbəb yoxdur".

sia.az

Digər xəbərlər