PDF Oxu

Siyasət

  • 50

Qabil Hüseynli: “Ermənistan azğınlaşır" AÇIQLAMA

Qabil Hüseynli: “Ermənistan azğınlaşır" AÇIQLAMA

"23 ildir ki, ATƏT-in Minsk qrupunun o cümlədən də, bəzi beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiklərinin şahidi oluruq. Problem var amma həlli yolları axtarılmır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü danılmaz faktıdır: "Təəssüf ki, bu faktı görməməzlikdən gəlmək beynəlxalq təşkilatların işinə yarayır. Təcavüzkarı öz adı ilə çağırmaq istəmirlər. Təcavüzdən danışırlar amma təcavüzün kim tərəfindən törədildiyini dilə gətirməkdən boyun qaçırırlar. Ermənistan regionda sabitliyi pozan, dinlərarası, irqlərarası konflikt yaradan seperatçı bir dövlətdir. Bütün bunlara baxmayaraq ona dəstək verildikcə, günü-gündən Ermənistan azğınlaşır. Kiçik bir dövləti, kiçik bir xalqı beynəlxalq qurumlar sanki öz ağuşunda bəsləyir. Azərbaycanla Ermənistanın iqtisadi, hərbi, siyasi gücünü yan-yana qoyduqda kəskin fərqin şahidi olarıq. Bəs nədən bu faktorlar görməməzlikdən gəlinir? Nədən onlar yerlərinə otuzdurulmur?".Qabil Hüseynli onu da əlavə edib ki, susqunluğun sərgilənməsi beynəlxalq təşkilatların islamafobiyadan qaynaqlanan mövqeyindən irəli gəlir.

sia.az

Digər xəbərlər