PDF Oxu

Siyasət

  • 47

BAXCP sədr müavini: “YAP-la rəqabət apara biləcək partiya yoxdur" AÇIQLAMA

BAXCP sədr müavini: “YAP-la rəqabət apara biləcək partiya yoxdur" AÇIQLAMA

"Heç kimə sirr deyil ki, parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır. Bu gün Azərbaycanda hakim partiya ilə rəqabət apara biləcək güclü müxalifət partiyası yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib."Bu reallıqdır. Buna baxmayaraq ölkədə çoxpartiyalı sistem və müxalifət var. Heç bir müxalifət namizədi YAP-ın güclü rəqibi ilə mübarizə aparmaq istəmir. Bir neçə partiya siyahısını elan edib. Bir neçəsi isə sırf YAP-ın siyahısını gözləyir. Bu da ondan irəli gəlir ki, sosial bazası zəif olan radikal qruplar özlərinə bu və ya digər mənada güvənmirlər"- deyə, N. Orduxanlı qeyd edib.

sia.az

Digər xəbərlər