PDF Oxu

Siyasət

  • 24

Fikrət Sadıqov: "Avropa bataqlığa yuvarlanır" MÜNASİBƏT

Fikrət Sadıqov: "Avropa bataqlığa yuvarlanır" MÜNASİBƏT

"Separatçı tendensiyalar artıq Avropanı da bürüyüb". Bu sözləri SİA-ya siyasi ekspert Fikrət Sadıqov son zamanlar Avropada tendensiya halını almış separatizmlə bağlı və bu məsələlərin Dağlıq Qarabağ münaqişəsi ilə nə dərəcədə oxşarlıq təşkil etməsinə münasibət bildirərkən deyib.O bildirib ki, burada müəyyən zahiri oxşarlıqlar olsa da, faktiki olaraq müəyyən mənada fərqliliklər də var: "Təbii ki, bu birmənalı şəkildə separatçılıqdır. Bu separatçı tendensiyalar artıq Avropanı da bürüyüb. Bəlkə bundan sonra Avropa anlayar ki, separatçılıqla qarşı-qarşıya gələn dövlətlər hansı problemlərlə üzləşir. Təkcə İspaniya yox, digər Avropa ölkələrində də belə hallar tez-tez baş verir. Böyük Britaniyanın özündə separatçı tendensiyalar artıb. Artıq Şotlandiya, Şimali İrlandiya Böyük Britaniyadan ayrılmaq istəyir. Lakin buna imkan verilmir".Fikrət Sadıqov bildirib ki, bu Avropada müəyyən bir tendensiya halını alıb: "Məhz buna görə də, Avropa Azərbaycanı başa düşməlidir. Azərbaycana münaqişələri dinc yolla həll etməyi məsləhət görənlər indi anlayırlar ki, bəzi məsələləri dinc yolla həll etmək mümkün deyil.Şimali İrlandiyada artıq bir-neçə ildir münaqişə gedir. Onlar Böyük Britaniyadan ayrılmaq istəyirlər. Eyni zamanda bura Kataloniya da daxildir. Artıq Avropa da separatçı rejimlə üzləşir. Belə olduğu halda onlar gərək Bako Saakyan kimilərə dəstək olmasın, onları şirikləndirməsinlər. Ən əsası, sadəcə olaraq onları qəbul etməsinlər. Əks halda bu separatçı tendensiyalar genişlənə və dərinləşə bilər. Hazırda Avropa dərin bataqlığa yuvarlanır. Demək olar ki, bataqlığa düşüblər".

sia.az

Digər xəbərlər