PDF Oxu

Siyasət

  • 35

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi fəaliyyətini uğurla davam etdirir

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi fəaliyyətini uğurla davam etdirir

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi qadınlar şurasının, gənclər birliyinin, ağsaqqalların iştirakı ilə maarifləndirmə məqsədilə dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin sədri Əzizə Vahabova qeyd edib ki, rayon təşkilatı noyabr ayında keçiriləcək ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət daşıyan siyasi kampaniyaya – parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır. Əvvəlki illərin seçki nailiyyətlərindən və bütün standartlara cavab verən seçki texnologiyalarından istifadə edən YAP İsmayıllı rayon təşkilatı əhali arasında xüsusi hörməti və nüfuz sahibi olan ziyalıların da iştirak etdiyi 15 nəfərdən ibarət YAP Mərkəzi Qərargahının İsmayıllı rayon şöbəsini formalaşdırmışdır. Seçicilərlə işləyən partiya fəalları müəyyənləşdirilib: "86 saylı İsmayıllı Dairə-Seçki Komissiyasının dislokasiyasına 69, 87 saylı Ağsu – İsmayıllı Dairə-Seçki Komissiyasının dislokasiyasına 6 seçki məntəqəsi daxildir. Müvafiq seçki dairələri üzrə 45573 nəfər seçki hüquqlu şəxs vardır ki, onların da 41095 nəfəri 86 saylı İsmayıllı, 4478 nəfəri isə 87 saylı Ağsu – İsmayıllı Dairə-Seçki Komissiyasının dislokasiyasında cəmləşir. YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi hər iki seçki dairəsinin məntəqə-seçki komissiyalarında fəaliyyət göstərəcək müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərin siyahıları dəqiqləşdirilmişdir. Müşahidəçilərin sənədləri DSK-ya təqdim olunmuşdur".

İsmayıllı rayon şöbəsinin sədri qeyd edib ki, YAP tərəfindən namizədliyi irəli sürüləcək şəxsin imzatoplama kampaniyası zamanı imza toplayacaq 10 nəfər şəxs müəyyənləşdirilərək, YAP Mərkəzi Seçki Qərargahına təqdim edilib. İmza toplayan şəxslər və təbliğat qrupları ilə treninqlər keçirilib. Daima dövlətə və dövlətçiliyə sədaqətli olan İsmayıllı seçiciləri ötən bütün seçkilərdə öz səslərini Ulu Öndər Heydər Əliyev irsinin davamçısı olan YAP Sədri Prezident Cənab İlham Əliyevə, Onun rəhbəri olduğu və Ümummilli Liderin siyasi zəkasının məhsulu olan YAP-a, Onun layiqli namizədlərinə vermişlər. Əvvəlki parlament seçkilərində olduğu kimi, 2015-ci ilin 1 noyabrında keçiriləcək seçkilərdə də xalqın inam və etibarına arxalanan YAP parlaq qələbə qazanmaqla Milli Məclisdə öz təmsilçiliyini daha da möhkəmləndirəcək.

Tədbirdə çıxış edən rayon qərargah üzvləri Ceyran Məmmədova, İsrayıl İsmayılov, şəhər ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Əhmədov, rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov, Çernobıl Əlilləri Cəmiyyətinin İsmayıllı rayon şöbəsinin sədri Məleykə Lətifova, partiya veteranları Fərman Bəşirov, Səmid Baxışov, YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin üzvü Şəhla Qafarova və başqaları qeyd ediblər ki, ölkəmizin ən böyük siyasi lokomotivi olan YAP həmişə olduğu kimi, qarşıdan gələn parlament seçkilərinə də böyük məsuliyyətlə hazırlaşır. Rayon təşkilatı öz ətrafında savadlı, intellektual gəncləri, qadınları, böyük siyasi təcrübəyə malik olan yaşlı nəslin nümayəndələrini birləşdirməklə böyük və müqayisəolunmaz siyasi qüvvəyə çevrlimişdir. Hər zaman əhalinin bütün təbəqələrindən olan insanların sıx şəkildə birləşdiyi, bu şəxslərin fikirlərinə böyük önəm verən YAP İsmayıllı rayon təşkilatı bu ilin noyabr ayında parlament seçkilərində də qarşısına qələbə əzmini qoyaraq çoxlu sayda partiya fəalını bu seçkilərə səfərbər etmişdir. Məhz insanların bu partiyaya, onun Liderinə olan münasibəti, inamı və etibarı bu seçkilərdə də partiyanın gücünü, əzəmətini hər kəsə göstərir.

ZÜMRÜD

Digər xəbərlər