PDF Oxu

Siyasət

  • 48

Xədicə İsmayılın həbsi bəzilərini niyə "narahat" edir?

Xədicə İsmayılın həbsi bəzilərini niyə "narahat" edir?

SİYASİ RAKURS

Qərb siyasi dairələri daxillərində formalaşmış çirkin siyasi-iqtisadi maraqları bu kimi "fiqurlarla" reallaşdırmağa çalışır

Son zamanlar bir sıra Qərbi Avropa təşkilatları və QHT-lərinin, eləcə də həmin təşkilatların sıx bağlı olduğu siyasi dairələrin Azərbaycanla bağlı irəli sürdükləri ittihamlları yenidən artmağa başlayıb. Media və s. vasitələrlə ölkəmizə qarşı demək olar ki, "Səlib yürüşü"nə çıxan və söz yox ki, güclü erməni lobbisi tərəfindən təlimatlandırılan həmin dairələr bir məqsədə - güclü və müstəqil Azərbaycan dövlətinə qarşı təzyiq dili ilə danışmağa açıq şəkildə çağırışlar edir, bununla da, əslində, daxillərində formalaşmış çirkin siyasi-iqtisadi maraqlarını reallaşdırmağa çalışırlar. Maraqlısı da budur ki, Azərbaycanı digər ölkə və dövlətlərlə eyniləşdirməyə cəhd edən dairələr bu vasitə ilə özləri-özlərini faş etməklə məşğul olduqlarının fərqinə varmırlar. Məsələn, Xədicə İsmayıl, Leyla Yunus və sairələri ətrafında çığır-bağır, haray-şivənçilik salan xarici təşkilatlar və media qurumları iddia edirlər ki, guya Azərbaycanda Misirdə, yaxud da hər hansı bu kimi başqa ölkələrdə olduğu kimi azad sözə, jurnalistlərə, hüquq müdafiəçiləruinə qarşı "repressiyalar" aparılır. Ancaq bu cür gülünc, qeyri-ciddi təsir bağışlayan ittihamların yalan olduğunu kifayət qədər sübut etmək mümkündür.

"Müsəlman qardaşları" iqtidarı dönəmində Misirdə insanlara qarşı linç edamları, jurnalist ölümləri və s. kimi hadisələr gündəlik hadisəyə çevrilmişdi

Məsələn, ABŞ-ın "Nyu-York Tayms" qəzeti də digər bir sıra Qərb mətbu orqanları kimi ölkəmiz haqda qərəzli materialla çıxış edib. "Jurnalistlər atəş altında" adlı redaksiya məqaləsində dünyanın müxtəlif ölkələrində jurnalistlərə qarşı repressiyalardan yazılsa da, burada əsas hədəf kimi nədənsə Azərbaycan göstərilir. Belə ki, "Nyu-York Tayms"ın yazdığına görə, bir neçə gün bundan əvvəl Misir Məhkəməsi "Əl-Cəzirə" telekanalının üç jurnalisti haqqında hökm çıxarıb. Qəzetdən sitat: "Onlar məhz jurnalist fəaliyyətinə görə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Misir məhkəməsinin cəzalandırdığı jurnalistlər, əslində Qətər əmirliyi ilə Misir arasındakı konfliktin qurbanlarıdır."

Bu gün kimsəyə sirr deyil ki, Misirin hazırkı hökuməti bir neçə il öncə radikal islamçılardan ibarət olan "Müsəlman qardaşları" təşkilatının ölkədəki özbaşına siyasətinə qarşı müvafiq addımlar ataraq, onları dövlət idarəçiliyindən uzaqlaşdırdılar. Çünki məhz "Müsəlman qardaşları" iqtidarı dönəmində Misirdə insanlara qarşı linç edamları, jurnalist ölümləri və s. kimi hadisələr gündəlik hadisəyə çevrilmişdi. O cümlədən, müsəlman olmayan Misir vətəndaşlarına qarşı da radikal islamçılar tərəfindən ardıcıl hücumlar baş qaldırır, bu hadisələri işıqlandıran, dünya mediasına çatdıran jurnalistlər təqib olunurdu.

Xədicə İsmayıl barədə nə isə qeydlər aparmaq istəyirlərsə, buraya Misirin nə dəxli var??!!

Xüsusilə, qeyd edək ki, bu gün müxalifətdə olan və fəaliyyətləri qadağan olunan "Müsəlman qardaşları" təşkilatına "Əl-Qaidə", "İslam Dövləti" (keçmiş adı "İŞİD") kimi terror təşkilatları dəstək göstərirlər və bu təşkilata ABŞ və s. Qərb dövlətləri də dəstək göstərirlər. Maraqlıdır, görəsən "Ərəb baharı" Misirə daha hansı "hədiyyələri" bəxç edəcək? Çünki həbs edilən "Əl-Cəzirə" telekanalının jurnalistləri məhz "Müsəlman qardaşları" təşkilatının casusları olublar. Onların jurnalist adı altında Misirdə dini və məzhəb zəminində qarşıdurmalar yaratmağa cəhd etdikləri barədə faktlar mövcuddur. Bu gün birbaşa olmasa da dolayı yollarla "İslam Dövləti" terror təşkilatına gizli dəstək verən ölkələr sırasında Qətərin də adı hallanmaqdadır. O cümlədən, Yəməndə şiə azılğı olan və öz azadlıqları uğrunda mübarizə aparan hüsuidlərə qarşı da amansız divan tutan məzhəbçi koalisiya qüvvələrinə daxil olan Qətərin silahlı qüvvələri hava bombardmanlarında iştirak edərək, qadınların, uşaqların, gühansız insanların kütləvi şəkildə ölümlərində rol alır. Maraqlıdır, bu zaman nəyə görə Qərb mətbuatı, təşkilatlları susur, insan haqlarının pozulması barədə müvafiq qurumlarda məsələ qaldırmırlar?

O cümlədən, Misirdə "Əl-Cəzirə" jurnalistləri adı altında həbs edlən casusların, ümumiyyətlə, Misirdə baş verən hadisələrin Azərbaycanla hansı "bənzərliyi" var?! Hadisələrin "bənzərlik təşkil etməsi" kimi sərsəm iddialar irəli sürən Qərb mətbuatı bununla, ümumiyyətlə, nə demək istəyir?! Əgər Xədicə İsmayıl barədə nə isə qeydlər aparmaq istəyirlərsə, buraya Misirin nə dəxli var??!!

Hətta Uqanda da baş verən ən xırda məsələni belə, Azərbaycanla əlqələndirməyə cəhd etmək dərədəcisndə həyasızlaşmış Qərb dairələri mövcuddur

Daha bir misala nəzər salaq. "Nyu-York Tayms" qəzeti yazır ki, ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı dərin məyusluğunu bildirib. Yəni "jurnalistlərin" Misirdə bu şəkildə cəzalandırılması Obama Administrasiyası üçün gözlənilməz olmayıb və s. Qəzet daha sonra aman vermədən, dərhal yazır ki, "jurnalistlərlə bağlı pis xəbər" Azərbaycandan da daxil olub. Burada isə məhz Xədicə İsmayılın "mübarizəsi" rolu qabardılıb və nəticədə yenidən bəlli olub ki, əslində Qərb siyasətinin kökündə dayanan köklü məsələlərdən biri və ən ümdəsi getdikcə güclənən, müstəqil siyasəti ilə dünya arenasında söz sahibinə çevrilən Azərbaycana qarışı daha təzyiqli dillə danışmaq arzusudur.

Həmçinin, Türkiyədə bu yaxınlarda "İslam Dövləti"nə kömək etməkdə ittiham olunaraq "VISE NEWS"in üç jurnalistinin də tutulmasını gətirib Azərbaycana qulp qoyur, qonşu ölkənin siyasətini Azərbaycan siyasəti ilə öz təbirlərincə eyniləşdirməyə cəhd ediblər. Halbuki jurnalistlərin terror təşkilatı ilə əlbir olmaları barədə dəlillər ortaya qoyulub. Nəticədə Misiri, Türkiyəni və Azərbaycanı "eyniləşdirən" adıçəkilən Amerika mətbuatı iddia irəli sürüb ki, sən demə "bu ölkələrdəki hökumətlər jurnalistləri susdurmaq üçün ən müxtəlif üsullara əl atırlar."

Bu baxımdan, sözügedən qeyri-ciddi ittihamı araşdırdıqca həmin tərəflərin nəninki Misirdə, hətta Uqanda da baş verən ən xırda məsələni Azərbaycanla əlqələndirməyə, bənzətməyə cəhdlər etmələrini deyə bilərik. Yəni Xədicə İsmayılın 7 il yarım müddətinə azadlıqdan mərhum edilməsini həzm edə bilməyənlər, illər boyu ABŞ hökumətinin pulxərcləyən nökəri rolunda çıxış edən erməni lobbisinə işləyənin həbsindən "narahat olmağa" başlayıblar.

Sonda isə belə bir nəticəyə gələ bilərik ki, bu gün Qərbin özündə ciddi demokratiya pozuntuları baş alıb gedir, insan hüquqları tapdanır, irqçilik, islamofobiya faktorlarının qarşısı alınmır. Hətta Qərbi Avropa ölkələrinin liderləri açıq şəkildə bəyanatlar verərək, müharibələrin alovlarından qaçan miqrantları öz ərazilərinə buraxmamaları istiqamətində addımlar atmağa çağırışlar edirlər. Görəsən, öz dövlətinə, xalqına xəyanət edən Xədicə İsmayıl, Leyla Yunus kimi Vətən xainləri bunlar üçün nəyə görə bu qədər əziz-xələfə çevrilib? Bu sualın cavabı elə məqalənin əvvəlindəcə verilib...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər