YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsi imzatoplama kampaniyasına tam hazırdır
Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsi imzatoplama kampaniyasına hazırlaşır. YAP-ın namizədləri üçün imza toplayacaq partiya fəalları ilə növbəti görüş və treninq keçirilib. YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon təşkilatından "SƏS"ə daxil olan məlumata görə, 10 nəfərdən ibarət təcrübəli və parlament seçkilərinin ölkənin siyasi həyatındakı mühüm rolunu layiqincə dəyərləndirən imzatoplayanlar üzərlərinə düşən vəzifənin son dərəcə məsuliyyətli iş olduğunu dərk edir və bu vəzifələri ilə qürur duyurlar.
Məlumatda o da bildirilir ki, qarşıdan gələn parlament seçkilərini demokratik, şəffaf şəraitdə mütəşəkkilliklə, yüksək seçki əhval-ruhiyyəsi ilə başa vurmaq üçün rayon təşkilatı bütün səylərini səfərbər edib.
Həmçinin, bildirilir ki, YAP Zərdab rayon təşkilatı bu günlərdə gərgin iş rejimi ilə öz fəaliyyətini davam etdirir və YAP fəallarının əsl toplantı yerinə çevrilib. Bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan YAP ötən illərin qazanılmış uğurlu seçki təcrübəsinə əsaslanaraq və sınanılmış seçki texnalogiyasından istifadə edərək qələbələrini davam etdirmək və göstəricilərini daha da yüksəltmək əzmindədir.
İntizarə Məmmədova