PDF Oxu

Siyasət

  • 29

Deputat: "Sarkisyan əl açıb yardım istədi" AÇIQLAMA

Deputat: "Sarkisyan əl açıb yardım istədi" AÇIQLAMA

"Serj Sarkisyanın Moskvaya səfərini əl açıb yardım istəməsi kimi qiymətləndirə bilərik". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözləri görə, Sarkisyanın Moskvaya səfəri əslində zəifləmiş bir dövlət rəhbərinin əl açıb yardım istəməsi kimi qiymətləndirmək olar. "Sarkisyan 200 milyon dollar kredit almasını böyük bir diplomatik zəfər kimi qiymətləndirir. Halbuki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, biz Ermənistana daha yaxşı təkliflər apara bilərdik".Millət vəkili bildirib ki, Sarkisyanın Moskva səfəri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsi arasında hardasa bağlılıq var: "Rusiya bu gün regionda daha aktiv diplomatik rol oynamaq istəyir. Onun Azərbaycan və Ermənistanla daha sıx əlaqələri var. Azərbaycanın güclənən dövlətçiliyi və regiondakı siyasi nüfuzu ənənəvi Rusiya-Azərbaycan əlaqələrinin daha da artmasına imkan verir.Eyni zamanda Rusiya Ermənistanı özünə müttəfiq bilir və orada hərbi bazasını saxlayır. Amma günü-gündən zəifləyən iqtisadiyyatı və dağılmaqda olan dövlətçiliyi Rusiyanın burada olan maraqlarını şübhə altında qoyur. Buna görə də Rusiya problemi hər iki tərəfə məqbul olan variantda həll etməyə çalışır. Düşünürəm ki, iki müttəfiq ölkə güclü Azərbaycan faktorunu nəzərə almaya bilməz. Hazırda bu problemin ən məqbul həll yolu beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxarılmasıdır".

yap.org.az

Digər xəbərlər