"Milli Şura"nın sədri Cəmil Həsənlinin yenidən AXCP sədri Əli Kərimlinin cənginə keçməsindən sonra onun qeyri-ciddi fərd olması özünü, necə deyərlər, yüz yox, milyon faiz təsdiqləyib. Təsdiqləyib ona görə ki, bu fərd nəinki öz sözünün üstündə dayana bilmir, həmçinin, nə qədər çoxüzlü, sağlam əqidəyə malik olmadığını dəfələrə ucuz şouları ilə sübuta yetirib.
Əgər, o Allah eləməmiş, deputat olarsa...
Beləliklə, Əli Kərimli tərəfindən ortaya atılan "boykot" oyunbazlığının əsas kuklasına çevrilmiş Cəmil Həsənli elə sanır ki, əgər seçkilərə qatılmasa, onun "siyasi reytinqi" daha da artaraq, ictimai rəydə onun barəsində "müsbət imiclər" formalaşdıracaq. Amma gəlin görək belə iddia nə qədər doğru olardı?
Bu gün kimsəyə sirr deyil ki, xalq kütləsi, ümumiyyətlə, normal düşüncəyə malik olan siyasi ictimaiyyət Cəmil Həsənli "amilini" yaxşı anlayır. Məsələn, anlaşılır ki, Cəmil Həsənlidən heç deputat olmasa yaxşıdır. Əgər o, Allah eləməmiş, deputat olarsa, onun ingilis bayrağı kimi hansı tərəfə əsəcəyi bəlli olmayacaq. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, onun əqidə deyilən bir hissi yoxdur və əgər o, əqidəsizdirsə, bu gün olduğu kimi, sabah da Azərbaycanın milli maraqlarını erməni aşnalarına sata bilər. Bəli, sual edilə bilər ki, axı Cəmil Həsənlinin ermənilərlə nə bağlılığı ola bilər? Bu sualın cavabı çox bəsitdir...
Cəmil Həsənli erməni marağından çıxış edib, qudasının "zakazlarını" yerinə yetirməyə cəhdlər edəcəkdi
Onun ingilis qudası Ermənistanın paytaxtında restoran və pansionat sahibidir. İngilis kürəkəni isə ara-sıra oraya səfər edib, sevimli qayınatasını görüm-baxımlarla təmin edir. Bu zaman belə bir nəticəyə gələk. Əgər Cəmil Həsənli iraq olsun, deputatlığa namizədliyini irəli sürsəydi və Allah eləməmiş, seçilsəydi, sevimli ingilis qudasının erməni dostlarının əmrlərini ölkə parlamentində gündəmə çıxaracaqdı. Məsəlçün, ölkənin milli maraqları müzakirəyə çıxarılarkən, Cəmil Həsənli erməni marağından çıxış edib, qudasınının "zakazlarını" yerinə yetirməyə cəhdlər edəcəkdi.
Ümumiyyətlə, nə yaxşı ki, ölkənin siyasi arenasının bir küncündə Cəmil Həsənli və Əli Kərimli kimiləri var. Heç olmasa xalq belələrinə baxıb əqidəsizliyin, satqınçılıq və xəyanətin nə olduğunu öz gözləri ilə görür. Ona görə də Cəmil Həsənli elə deputat olmasa yaxşıdır...
RƏFİQƏ