PDF Oxu

Siyasət

  • 30

Elman Nəsirov: “PKK-nı siyasi mühacir adlandırmaq yanlışdır” AÇIQLAMA

Elman Nəsirov: “PKK-nı siyasi mühacir adlandırmaq yanlışdır” AÇIQLAMA

"Almaniyanın Kansleri Angela Merkelin PKK terrorçularını siyasi mühacir adlandırması kökündən yanlış yanaşmadır". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov açıqlamasında deyib Politoloq bildirib ki, eyni məntiqlə beynəlxalq terror təşkilatı olan Əl-Qaidə, İŞİD üzvlərini də siyasi mühacir adı vermək olar: "Belə məsələlərdə son dərəcədə diqqətli və həssas olmaq lazımdır. Almaniyanın yaxın müttəfiqi olan Amerika Birləşmiş Ştatları hələ 1999-cu ildə PKK-nı Beynəlxalq Terror Təşkilatı hesab edib və dövlət departamentinin terror təşkilatları ilə bağlı hazırladığı siyahıya PKK-nın da adını əlavə edib. Bir çox Avropa dövlətləri PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ona görə də hesab edirəm ki, bu cür yanaşma kökündən səhvdir. Bu yanaşma Beynəlxalq terrorizmə qarşı qlobal, mütəşəkkil mübarizə imkanlarını məhdudlaşdırır. Belə bir münasibət Beynəlxalq Terrorizmlə hər yerdə və hər zaman mübarizə aparmaq imkanlarını zəiflədir, yaxşı və pis terrorçu yanaşmasını şərtləndirir. Belə çıxır ki, Əl-Qaidə, İŞİD pis, ancaq PKK yaxşı terror təşkilatıdır. Nə qədər ki, Beynəlxalq terrorizmlə münasibətdə belə ikili standartlar olacaq, qlobal təhlükə mənbəyi olan Beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaq. Hesab edirəm ki, Angela Merkelin bu cür yanaşması nəinki siyasəti, eyni zamanda çox təhlükəli proseslərin genişlənməsinə və beynəlxalq terrorizmin özünün rahat hiss etməsinə şərait yarada bilər. Bu da çox qorxulu bir tendensiyadır".

sia.az

Digər xəbərlər