PDF Oxu

Siyasət

  • 53

Əli Məsimli: “İnnovativ inkişaf sahəsində islahatlara ehtiyac var” AÇIQLAMA

Əli Məsimli: “İnnovativ inkişaf sahəsində islahatlara ehtiyac var” AÇIQLAMA

"Azərbaycanda neft hasilatı pik nöqtəyə çatandan sonra tədricən aşağı düşməyə başlayıb. Bu il həmin proses neftin qiymətinin də aşağı düşməsi ilə müşayət olunur. Azərbaycan iqtisadiyyatında neft amilinin rolu böyük olduğundan bu mənfi meyllər iqtisadi artım templərimizə də təsirsiz ötüşməyib". Bu fikirləriSİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.Millət vəkili qeyd edib ki, Azərbaycan hökuməti neftin qiymətinin aşağı düməsinin iqtisadiyyatımıza mənfi təsirini azaltmaqdan ötrü müxtəlif tədbirlər həyata keçirməkdədir: "Onların arasında neftdənkənar sahələrin sürətli inkişafının təmin edilməsi, israfçılğın aradan qaldırılması, dövlət maliyyəsindən qənaətlə istifadə edilməsi, nizam-intizamın yükəsldilməsi, etibarlı nəzarət mexanizminin yaradılması və sair bu kimi məsələlər xüsusi yer tutur. Həmin tədbirlər hesabına son vaxtlar iqtisadiyyatımızın neftdənkənar sahələrinin inkişaf tempi 8-9 faiz arasında dəyişir. Belə yüksək artım templəri neft sahəsindəki geriləmələri kompensasiya etməklə yanaşı, həm də ölkənin ÜDM-nin 6 faizə qədər artımını təmin edir ki, bu da dünyanın orta artım tempindən 2 dəfəyə yaxın, MDB-nin orta artım tempindən isə 2,7 dəfə sürətlə artım deməkdir. Artım templərinin belə yüksək olmasında neftdənkənar sahalərdə yeni istehsal sahələrinin yaradılması, sərmayə qoyuluşlarının davam etdirilməsi və digər bu kimi amillər xüsusi rol oynayır. Mәdәnçıxarma bölmәsindә mәhsul istehsalı 2,0 faiz azalmasına baxmayaraq, məhz həmin yeni sahələrin hesabına sәnayenin qeyri-neft sektorunda mәhsul istehsalı 15 faizə yaxın artıb, bu isə ümumilikdə sənayemizdə 3,5 faiz artımı təmin edə bilib. Kənd təsərrüfatında da artım sürəti yüksəlib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötәn ilin yanvar-iyul ayları ilә müqayisәdә bitkiçilik mәhsulları istehsalı 15,8 faiz, heyvandarlıq mәhsulları istehsalı 2,4 faiz, kәnd tәsәrrüfatının ümumi mәhsulu 8,9 faiz artıb".Millət vəkili iqtisadi artım templərinə sərmayə qoyuluşunun da təsir göstərdiyini açıqlayıb: "2015-ci ilin yanvar-iyul aylarında әsas kapitala 9369 milyon manat mәblәğindә, yaxud ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 3,5 faiz çox vәsait yönәldilib. İstifadә olunmuş vәsaitin 6260 milyon manatı vә ya 67 faizə yaxını mәhsul istehsalı obyektlәrinin tikintisinә sәrf olunub. Bu da artımın templərinə yeni təkan verməklə müsbət təsir göstərir. Bütün bu prosesləri sürətləndirmək, effektini artırmaq və təsir dairəsini genişləndirməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində, xüsusən də insan inkişafı və innovativ inkişaf sahəsində sistemli və real nəticə verən islahatlara böyük ehtiyac var. Biz islahatları genişləndirib dərinləşdirməklə neft hasilatının və neftin qiymətinin aşağı düşməsi ilə yaranan şəraitə nəinki uyğunlaşmağı, həm də bu cür şəraitdə yaşamağı işləməyi və inkişaf edib tərəqqiyə nail olmalıyıq".

sia.az

Digər xəbərlər