PDF Oxu

Siyasət

  • 27

Siyavuş Novruzov: “Orada 3-5 nəfər Vətən xaini, milli satqın qalıb” AÇIQLAMA

Siyavuş Novruzov: “Orada 3-5 nəfər Vətən xaini, milli satqın qalıb” AÇIQLAMA

"Onlar Azərbaycanın ictimai-siyasi həyatından siliniblər"

"Biz hələ Ərəb yarmadasında hadisələr baş verərkən həmin olayları pisləmişdik və indinin özündə də bunu pisləyirik. Orada müxalifət adı altında, guya demokratiya uğrunda mübarizə aparan insanların hamısı Əfqanıstan, Pakistan ərazisində terrorla məşğul olan "Əl-Qaidə"nin və ona himayədarlıq edən böyük dövlətlərin nümayəndələri idi. Sonradan onlar adlarını dəyişdirsələr də məqsəd və məramları eyni idi". BunuSİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.YAP icra katibinin müavinin sözlərinə görə, Avropa İttifaqına daxil olan ölkələrin özündən on mindən artıq insan bu gün İraq-Şam İslam Dövləti (İŞİD) sıralarında döyüşürlər: "Həmçinin orada hərbi xidmətdə olmuş NATO-ya məxsus qüvvələrin əsgərləri və digərləri artıq bu qruplaşmanın tərkibindədir. Yəni onu hansısa din adı altında verməyə, maskalamağa çalışırlarsa da bu alınmır. Əslində bu, çox səhv addımdır. Təbii ki, müsəlmanlar gözəl bilir və Qurani-Kərimdə də göstərilib ki, yönümündən asılı olmayaraq terror (qəddarlıq, insana əzab vermək və s.) qadağandır. Ona görə də din pərdəsi altında bunu etməyin heç bir mənası yoxdur. Bütün İslam üləmaları, alimləri də bunu təsdiq edə bilərlər. Hər bir ölkədə bunlara haqq qazandıran, onların işinə siyasi don geyindirən əlaltıları mövcuddur. İndiyədək onlar həmin əlaltılarını müxtəlif vəsaitlərlə, qrantlarla, yardımlarla özlərinin kölə, qul vəziyyətinə gətirib salıblar. Vaxtilə Ukraynada ilk çevriliş baş verəndə ("Narıncı İnqilab"), Azərbaycanda da bir qrup boğazına şarf bağlayaraq narıncı ayaqqabı, şalvar və köynək geyindi. Məsələn, Gürcüstanda "Qızıl Gül" inqilabı baş verərkən onlar da əllərinə bir dəstə gül götürüb başladılar küçələrə çıxmağa. O cümlədən də "Ərəb Baharı" başlayan kimi bir qrup ortaya düşərək dedi ki, biz də bunu edirik".S.Novruzov əlavə edib ki, bu insanların dərrakəsi o qədər aşağı səviyyədədir və başa düşmürlər ki, Azərbaycan inkişaf etmiş bir dövlətdir: "Azərbaycan demokratik dövlət quranda, o dövlətlərin heç biri dünya xəritəsində yox idi. Hətta ölkəmizdə ilk Opera yaradılanda bu ölkələrin mədəniyyətdən məlumatları yox idi. Eləcə də Azərbaycanda 1918-ci ildə qadına seçki hüququ veriləndə ABŞ-da 1962-67-ci ilə qədər qadınların seçki hüququ mövcud deyildi.Beləcə, zamanı, məkanı, xalq-iqtidar birliyini nəzərə almayan, sosial bazası, elektoratı olmayan bu insanlar ortaya düşüb özlərinin riyakar, satqın, başqa dövlətin əlaltısı olmaq missiyasını üzərlərinə götürüblər. Sonda iflasa uğradılar. Nəticədə, ətrafında olan insanlar antiAzərbaycan mövqelərinə görə həmin partiyalardan, təşkilatdan uzaqlaşdılar. Sadəcə, orada 3-5 nəfər Vətən xaini, milli satqın qalıb. Onlar "Milli Şura"nın yanında "Milli Satqınlar Şurası" yazmalı idilər. Çünki bunlar bəlli insanlardır. Azərbaycanda hər hansı bir təbii fəlakət və xaricdə Azərbaycan əlehinə yazı yazılan kimi buna dərhal reaksiya verirlər. Onları bu hadisələrin millətə, dövlətə ziyanı maraqlandırmır. Ən azından zərrə qədər də olsa vətənpərvərlik, azərbaycançılıq hissi olan insan buna öz etirazını bildirməlidir. Ümumiyyətlə, bu şəxslərin axırına az qalıb. Onlar artıq Azərbaycanın ictimai-siyasi həyatından siliniblər".

sia.az

Digər xəbərlər