"Ümumiyyətlə, Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) baş verən son hadisələr o qədər də ürəkaçıcı deyil". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli AXCP-nin sentybarın 27-də tələsik qurultay keçirməsinə münasibət bildirərkən deyib.Aparat rəhbərinin sözlərinə görə, artıq AXCP-nin adına iddialı iki qurum formalaşmaqdadır: "Həm Əli Kərimlinin rəhbərlik etdiyi partiya, həm də Etimad qurultayını çağırmaq istəyən Razi Nurullayevin ətrafına toplananlar qurultay keçirməyə iddialıdır. Sonrakı proseslərin necə olacağını bilmirəm. İndiyədək AXCP-nin təmsilçisi kimi Əli Kərimli çıxış edib. Razi Nurullayev də AXCP-də demokratiyanın olmadığını, partiyada insanların siyasi həyatlarının pozulduğunu iddia edir. Təbii ki, bütün bunlar gərginliyin getdikcə artmasına gətirəcək. Hesab edirəm ki, qurultayın eyni vaxta salınması heç də yaxşı niyyətlərdən xəbər vermir. Hər halda mən bu qruplar arasında ortaq barışığın tərəfdarıyam. Əks halda cəmiyyət belə məsələlərə ironiya ilə baxır".
sia.az