PDF Oxu

Siyasət

  • 39

“Hansı ölkənin böhrandan necə çıxması, onun rəhbəri və xalqının birliyindən asılıdır" MÜNASİBƏT

“Hansı ölkənin böhrandan necə çıxması, onun rəhbəri və xalqının birliyindən asılıdır" MÜNASİBƏT

"Müşavirədə Prezident İlham Əliyev çox mühüm, tarixi əhəmiyyətli tezislər ortaya qoydu. Ölkə başçısı çıxışı zamanı dünyada gedən həm siyasi, həm də maliyyə böhranına toxundu. Ölkə prezidenti müşavirədə qeyd etdi ki, Azərbaycan böhran içində bir sabitlik adasıdır. Bu fikirləri rəhbər tutaraq düşünürəm ki, 2016-cı il də xalqımız üçün uğurlu il olacaq". Bu fikirləri SİA-ya Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə zamanı qeyd olunan fikirlər bardə danışarkən deyib.Millət vəkilinin sözlərinə görə, dünyada gedən proseslərdən hansı ölkənin necə çıxacağı həmin ölkənin rəhbərliyi ilə xalqın birliyindən asılı olan məsələdir: "Ölkə prezidenti müşavirədə də qeyd etdi ki, Azərbaycan böhran içində bir sabitlik adasıdır. Bu fikirləri rəhbər tutaraq düşünürəm ki, 2016-cı il də xalqımız üçün uğurlu il olacaq. İstər sosial, istər iqtisadi, istərsə də ölkədə ictimai sabitliyin qorunmasında müsbət irəlliləyişlərin olacağı gözləniləndir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz yüksəliş dövrünü yaşayır. Çünki dövlət öncədən bu cür proseslərin olacağını gözlədiyi üçün lazımi tədbirləri həyata keçirmişdi. Ona görə də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi davam edir. Qeyri-neft sektorunun, elmin inkişafı üçün investisyalar qoyulub ki, bunun da ölkəmizə qazandırdığı dividentləri artıq görürük. Cənab prezidentin düzgün, balanslaşdırılmış siyasət yürütməsi, qarşıya qoyulan məqsədlərin zamanında həyata keçirilməsi imkan verir ki, bu gün Azərbaycan dövləti neftdən asıllığı aradan qaldıra bilsin".

sia.az

Digər xəbərlər