Ellada Məmmədli: "Bu haqda fikir mübadiləsi belə olmayıb"
"Biz ADR-də bu mövzunu müzakirə etməmişik. Heç fikir mübadiləsi belə olmayıb. Çünki bu gün üçün bu bizlər üçün aktual deyil". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının sədr müavini Ellada Məmmədli ADR-in bu yaxınlarda siyasi partiyaya çevriləcəyi barədə yayılan məlumatlara münasibətini bildirərkən deyib.ADR-in sədr müavini qeyd edib ki, hərəkatın gələcəyi ilə bağlı planlarımız çoxdur: "Bu gün əsas məqsədimiz təşkilatlanma, portfelləşmə və şəbəkələşmədir. Ondan sonra atacağımız addımları hələ bilmirəm. Partiyaya çevrilmə haqqında isə nə İdarə Heyətinin iclaslarında, nə də ADR Məclisinin sessiyalarında fikir yürüdülməyib".
sia.az