"Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlət başçısının "Qərb mediası miqrantlara tamamilə biganə və etinasız yanaşır" fikirləri çox əsaslı bir məsələdir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Qərb mətbuatının bu gün Yaxın Şərqdə, Ərəb dünyasında, İslam dünyasında baş verənlərə və nəticəsi kütləvi qaçqın problemindən ibarət olan məsələ barədə susması əsas müzakirə predmeti oldu: "Bu gün Qərbin ən çox xoşhal olmadığı mövzu elə budur. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələni çox əsaslı şəkildə qaldırıb. Əlbəttə ki, bu gün Qərbin aparıcı mediasının, xüsusilə də yaşanan hümanitar böhran, . Bu, həm orada gedən proseslərin mahiyyətindən uzaqlaşmaq, həm də onun əsl mahiyyətini dünya ictimaiyyətindən gizlətmək cəhdidir. Zahirən müstəqil görünən Qərbin aparıcı transmilli media korporasiyaları əslində bütün tarixi dövrlərdə Qərb dövlətlərinin əlində onların siyasətinin həyata keçirilməsi üçün alət rolunda çıxış edib".
sia.az