PDF Oxu

Siyasət

  • 30

"PKK-nın dəstəklənməsində güclü dövlətlərin əli var" AÇIQLAMA

"PKK-nın dəstəklənməsində güclü dövlətlərin əli var" AÇIQLAMA

"Türkiyənin İğdır şəhərində PKK terrorçuları 14 polisin həyatına son qoyub. Əvvəllər PKK hadisələri daha çox Diyarbakır, Hakkari və bir neçə bölgədə yaşanırdısa, son zamanlar terrorçuların İğdır şəhərinə daxil olması böyük narahatçılığa səbəb olur" Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı söyləyib.Millət vəkili diqqətə çatdırıb ki, bu cür terrorçuların Azərbaycan ərazisinə daxil olacağı real deyil: "Heç bir terrorçu Azərbaycan sərhədini keçə bilməz. Çünki, bizim güclü dövlətimiz və ordumuz var. PKK Azərbaycan üçün təhlükə deyil. Əgər İğdır PKK-nın nəzarətində olarsa, Türkiyənin Azərbaycanla torpaq yolu olan Naxçıvanla əlaqəsi kəsiləcək. Türkiyə dövləti çox güclüdür və əminik ki, terrora qarşı qəti tədbirlər görəcək. Bildiyiniz kimi Naxçıvan Ermənistanın işğalı nəticəsində blokadadadır. Türkiyə ilə yeganə təmas yerimiz də məhz Naxçıvandır".M. İbrahimqızı söyləyib ki, Azərbaycan-Türkiyə hər zaman bir-birilərinin yanındadır: "Azərbaycan tərəfi Türkiyəyə dəstək olduğunu öz əməli və dəstəyi ilə hər zaman çatdırıb. Azərbaycan Türkiyənin ən yaxın starteji əməkdaşıdır. Prezident ilham Əliyev də çıxışlarında Azərbaycanın Türkiyəyə dəstək olduğunu vurğulayıb. Dövlət başçısı söyləyib ki, Türkiyəyə hansı formada dəstək lazımdırsa, etməyə hazırıq.Ümumiyyətlə, Türkiyə çox güclü dövlətdir və bu gün öz daxilində baş verən problemləri həll etməyə qadirdir. Əgər Türkiyə Azərbaycandan dəstək istəyərsə, sözsüz ki, ölkəmiz öz köməyini qardaş ölkədən əsirgəməyəcək. Türkiyə son 10-12 il ərzində böyük nailiyyətlər əldə edib. Avropanın 6-7-ci inkişaf etmiş ölkələrin siyahısına daxil olub. Bu gün Türkiyənin regionda güclü dövlət olmasını gözü götürməyən qüvvələr mövcuddur. Onların əsas məqsədi Türkiyəni daxildən zəiflətməkdir. Türkiyə Ordusu bir neçə gündür PKK-ya qarşı ciddi təlimlər keçirir. Hətta yüzlərlə terrorçu məhv edilib. Bu gün PKK terrorçuları təəssüf ki, kürd xalqlarının adından istifadə edir. Aparılan araşdırmalar da göstərir ki, PKK tərkibində çox az sayda kürd olan insanlar var. PKK-nın dəstəklənməsində dünyanın bir çox güclü dövlətlərinin əli var".

sia.az

Digər xəbərlər