PDF Oxu

Siyasət

  • 30

YAP Sabunçu rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş olub

YAP Sabunçu rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş olub

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb və noyabrın 1-də Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək seçkilərlə bağlı məlumat verib. Bildirib ki, ölkəmizdə demokratik inkişafın bariz nümunəsi olan növbəti parlament seçki kampaniyasının mühüm mərhələsi fəallarımızın mütəşəkkilliyi ilə davam etməkdədir. Rayon şöbəsi Seçki Qərargahının sədri onu da söyləyib ki, hər bir ölkənin həyatında mühüm hadisə olan siyasi kampaniyaların uğuru seçkilərə hazırlıqdan bilavasitə asılı olsa da, nəticə xalqın ümumi rəyi əsasında bəlli olur. Seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. M.Abasquliyeva 143602 nəfər seçicisi olan Sabunçu rayonu üzrə 3 seçki dairəsində - 26 saylı Sabunçu I seçki dairəsi üzrə 37 seçki məntəqəsində 48025 nəfər, 27 saylı Sabunçu II seçki dairəsi üzrə 39 seçki məntəqəsində 47974 nəfər və 28 saylı Sabunçu III seçki dairəsi üzrə 36 seçki məntəqəsində 47603 nəfər olduğunu deyərək, tam əminliklə bildirib ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin qələbəsi daha çox üstünlük təşkil edəcək.M.Abasquliyeva diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Sabunçu rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici fəallığı şəraitində keçirilməsinə töhfələrini verəcəklər.Rayon təşkilatının sədri, həmçinin dövlətin gənclər siyasətindən danışaraq deyib: "Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bu baxımdan da gənclərimiz bütün siyasi kampaniyalarda olduğu kimi, növbəti parlament seçkilərində də partiyaya sədaqətlərini əməli işləri ilə sübut edəcək, fəallıqlarını artıracaq, ən müasir seçki texnologiyalarından, sosial şəbəkələrdən istifadə etməklə ölkə həyatında, respublikanın siyasi, iqtisadi, sosial və mədəni inkişafında aparıcı rolu olan Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsi naminə gənclərimizin qüvvələrindən səmərəli istifadə edəcəyik".Sonra ilk dəfə səs verəcək Arzu Qaralova ve Elmir Əlizadə gənclər adınadan danışaraq Sabunçu rayon gəncləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını bildiriblər.Beləliklə, YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsində parlament seçkilərinə hazırlıq yüksək səviyyədə gedir və həyata keçirilən işlər növbəti dəfə də seçkilərin şəffaflıq və demokratik şəkildə baş tutmasına gətirib çıxaracağına əminlik yaradır.

R.HÜSEYNOVA

Digər xəbərlər