PDF Oxu

Siyasət

  • 36

Belələri ilə mübarizə aparıb, onları ifşa etmək mütləqdir

Belələri ilə mübarizə aparıb, onları ifşa etmək mütləqdir

Ölkəmizi hər an satmağa hazır olanlar, belələrini pulla alan bəzi Qərb siyasi dairələri də cavab verməli olacaqlar

Bildiyimiz kimi, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin rəhbəri bir çox əhəmiyyətli məqamlara toxunmaqla yanaşı, həm də bəzi dairələrin ölkəmizin müstəqil, qətiyyətli siyasətinə qarşı çirkin kampaniyalar aparıldığını da xatırlatdı. Bu kimi kampaniyaların hazırda da davam etdirdiyini deyən dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, "beşinci kolon", milli satqınlar, xainlərin ölkədə meydan oxumasına imkan verilməyəcək. Bu xüsusda narahatlıq doğuran digər məqam odur ki, daxildə qərəzli xarici dairələrin alətinə çevrilənlər var.

Çoxlu pul-para xərcləmək, bahalı siyasi sifarişlər Qərb dairələrini elə də narahat emir, amma onları narahat edən bir amil var

Söz yox ki, Prezident İlham Əliyevin bu amilə toxunması məhz belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanda ayrı-ayrı xarici dairələrin "Ərəb baharı", yeni meydan yaratmaq istəkləri barədə məlumatlar dəfələrlə, özü də faktlarla təsdiq edilib. Əlbəttə ki, bu əməllərin arxasında dayanan daha bir faktor Azərbaycanda bir çox maraqları olan Qərb siyasi dairələrinin bu maraqlarını gerçəkləşdirmək üçün atdıqları addımlarıdır. Daha dəqiq desək, onlar məhz "müxalifət" deyilən bir sıra qrupları pul-para ilə ələ almağa cəhdlər edir, ələ aldıqlarını isə sonradan dövlətçilik maraqlarımızı satmağa cəlb edirlər. Yəni çoxlu pul-para xərcləmək, bahalı siyasi sifarişlər Qərb dairələrini elə də narahat emir. Onları narahat edən ən ümdə amil çirkin dairələrin uzun illər öz istəklərinə çata bilməmələridir.

Siyasi maraqlarını həyata keçirmək istəyən qüvvələr həmişə Azərbaycanda "5-ci kolon"u formalaşdırmağa çalışıblar

Bütün bunları təhlil edərkən deyə bilərik ki, Cənab Prezident öz çıxışında bütün bunları ətraflı şəkildə vurğulayıb. Lakin bu ssenarini həyata keçirmək istəyənlər Cənab İlham Əliyevin də dediyi kimi, istəklərinə nail olmadılar. Çünki xalq-iqtidar vəhdəti Azərbaycanı müstəqil, qətiyyətli, güclü dövlət olaraq bütün bu proseslər qarşısında ayaqda saxlamağı bacarmaqla yanaşı, bu ölkənin adı daha mötəbər yerlərə yazılmış oldu.

Söz yox ki, ölkəmizi hər an satmağa hazır olanlar, belələrini pulla alan qərbli başbilənlər də ifşa ediləcəklər. Çünki bu dövlətin qətiyyətli siyasəti var. Bu baxımdan, özünün siyasi maraqlarını həyata keçirmək istəyən qüvvələr həmişə Azərbaycanda "5-ci kolon"u formalaşdırmağa çalışıblar. Düzdür, Azərbaycan xalqı mahiyyətcə öz Vətənini sevən xalqdır. Heç bir halda xarici dairələrin ölkəmizdə həyata keçirmək istədiyi ssenarinin reallaşmasına imkan verməz.

O cümlədən, Azərbaycanda müxtəlif vətəndaş cəmiyyəti adından çıxış edərək fəaliyyət göstərən, qanunların verdiyi imkanlardan sui-istifadə edib QHT yaradıb ölkənin əleyhinə işləyən qüvvələr çoxdur.

Azərbaycandakı stabilliyə xələl gətirmək isə yalnız ölkəmizin inkişafının qarşısının alınması demək deyil, həm də regiondakı sabitliyi pozmaq deməkdir

Əlbəttə ki, biz bilirik ki, Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən bəzi dövlətlər, siyasi dairələr burada sabitliyi həmişə pozmağa çalışıblar. Yəni bu, birinci hal da deyil. Çünki stabillik inkişafın təməlidir. Azərbaycandakı stabilliyə xələl gətirmək isə yalnız ölkəmizin inkişafının qarşısının alınması demək deyil, həm də regiondakı sabitliyi pozmaq deməkdir. Bizim inkişafımızı istəməyən xarici dairələr isə Azərbaycanın hakim olduğu regionda sabitliyi pozmağa can atırlar. Ancaq təbii ki, heç nəyə nail olmurlar. Çünki belələrinə qarşı aparılan mübarizə onların hər zaman geri çəkilməmləri ilə nəticəsini tapır. Lakin ölkəsini sevən hər bir vətəndaş da boş dayanmamalı, bunlarla, belə zərərverici hərşəratlarla mübarizə aparmağı dayandırmamalıdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər