PDF Oxu

Siyasət

  • 32

Fuad Muradov: “Avropa Parlamentinin “qətnamə”si qərəzdən başqa bir şey deyil”

Fuad Muradov: “Avropa Parlamentinin “qətnamə”si qərəzdən başqa bir şey deyil”

"Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi "qətnamə" qərəzdən başqa bir şey deyil". Bunu açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlərin heç biri konkret faktara əsaslanmır. Bu sadəcə olaraq Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir.

F.Muradov qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarının "qınayan" Avropa Parlamentinə elə Avropanın özündə insanlarının milli və dini mənsubiyyətinə görə pozulan hüquqlarına nəzər salmağı tövsiyyə edib: "Bu gün Avropanın özündə insan haqqlarının pozulması sahəsində ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil".

Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan "nöqsanlardır": "Bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbərləri yoxdur. Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı".

F.Muradov onu da əlavə edib ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: "Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz odur ki, torpaqlarımız azad edilsin. Ermənilər isə cəbhə xəttində provakasiya ilə məşğuldur. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyi ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz. Görünən budur ki, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub".

sia.az

Digər xəbərlər