Leyla Abdullayeva: "Azərbaycan kimi tolerant bir ölkəyə qarşı təzyiq mexanizmlərini işə salmağa çalışırlar"
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə qərəzli xarakter daşıyaraq ikili standartlardan çıxışın növbəti nümunəsidir". Bu fikirləri SİA-ya millət vəkili Leyla Abdullayeva Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibətini bildirərkən deyib.Leyla Abdullayeva bildirib ki, bu cür siyasətin yürüdülməsi olduqca yalnışdır: "Çünki ikili standartlardan, ikili mövqedən ən çox əziyyət çəkən ölkələr məhz elə müsəlman ölkələridir. Azərbaycana gəlincə onlar bu cür təxribat xarakterli bəyanatlarla dövlətimizin əldə etdiyi uğurlara kölgə sala bilməyəcəklər. Torpaqları işğal olunan da, 1 milyondan artıq insanı öz yurd-yuvasından didərgin salınan da Azərbaycandır. Aqresiyaya məruz qalan ölkə də bizik. Bəs görəsən Ermənistana qarşı Avropa Parlamenti niyə bir sanksiya tətbiq etmir? Nədir bunların dərdi?".Millət vəkili onu da əlavə edib ki, ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində beynəlxalq təşkilatlar Azərbaycan kimi tolerant bir ölkəyə qarşı təzyiq mexanizmlərini işə salmağa çalışırlar: "Əminlikə deyə bilərəm ki, bunun heç bir nəticə və effekti olmayacaq. Azərbaycan bu gün stabillik və inkişaf məkanıdır. Bölgədə gedən prosesləri daim diqqət mərkəzində saxlayır. Görünür kimlərinsə dövlətimizin apardığı azad və müstəqil siyasəti xoşuna gəlmir. Bunların arxasında birmənalı olaraq erməni lobbisi, dünya erməniliyi dayanıb. Cənab prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, bizim bir nömrəli düşmənimiz ermənilərdir".
sia.az