PDF Oxu

Siyasət

  • 37

Qurban Məmmədovun Əli Kərimli qurbanı

Qurban Məmmədovun Əli Kərimli qurbanı

Uzun müddətdir ki, radikal müxaliftin müxtəlif cinahlarında yer alan, lakin özünə hələ də rahat kreslo tapa bilməyən Qurban Məmmədovun budəfəki addımı da, əslində gözlənilən idi. Yəni özünə rahat yer tapmaq məsələsi kontekstində. Beləliklə, keçim əsas məsələyə.

Bu günlərdə Qurban Məmmədov uzun müddət idi ki, dəstəklədiyi AXCP sədri Əli Kərimliyə qarşı çıxıb. Yəni o da Kərimlinin istefa verən sabiqləri kimi eyni motivdən çıxış edərək, artıq heç bir halda onu dəstəkləməyəcəyini bəyan edib. Deyib ki, ta bundan sonra onun Əli adında dostu-zadı yoxdur. Çünki Əli Qurbanın onu dəstəkləməsinə baxmayaraq, heç vaxt qarşı tərəfə cibinə qoyduğu maddi mənfəətdən görüm-baxım etməyib. Qısacası, Əli Kərimli hər dəfə erməni lobbisinin Qərb təşkilatları tərəfindən ona göndərilən nəmərlərdən Qurban Məmmədova bəxşiş verməyib.

Düzdür, o, qazandığı mənfəətlərini heç partiyadakı yaxınlarına da xərcləməyib, ona görə də özündən bir neçə köynək aralı olanlara, xüsusilə "vnimatelni" olmayıb. Ona görə də indi Qurban da bu yolu tutub: Əlidən imtina yolunu. Üstəlik, ona acıq vermək üçün Razi Nurullayevin Əli Kərimliyə qarşı oynadığı oyunun doğru olduğunu da istisna etməyib.

Bax, burada daha maraqlı məsələlər ortaya çıxmağa başlayıb. Misal üçün, Qurban Məmmədov Əli Kərimlini nəyə görə Razi Nurullayevə qurban verib? Axı Razi Nurullayev AXCP-dən çıxarıldıqda Əli Kərimlini və ona dəstək verənləri müəyyən dairələrlə, hətta hakimiyyətlə iş birliyində ittiham etmişdi. İndi belə çıxış ki, əgər Qurban Məmmədov Razi Nurullayevin tərəfini saxlayırsa, demək, o da hansısa müəyyən dairələrlə iş birliyinə gedir.

Düzdür, bu gün ortada bununla bağlı heç bir fakt-sübut yoxdur. Yəni Əli Kərimli kimi lazımsız siyasətbazlar heç hakimiyyətin istənilən kabinetinin küncündə toz da ola bilməz. Çünki hakimiyyət belə ünsürlərə, ümumiyyətlə ciddi baxmır. Eləcə də Razi Nurullayevin hakimiyyətə işləməsi barədə Əli Kərimli cəbhəsinin buraxdığı şayiələr də yersiz və lüzumsuzdur. Beləliklə, kimin hakimiyyətə işləməsi məsələsi sadəcə boş söz-söhbətlərdir. Ancaq bütün bunlara baxmayaraq, Qurban Məmmədovun müxalifət düşərgəsində gah birinin, gah da digərinin qucağına atılması onun nə qədər qeyri-ciddi şəxs olduğunu göstərir.

Lakin hazırkı fakt budur ki, mitinqlərində Əli Kərimlinin pencəyinə düşmüz toz-torpağı püfləyərək, əli ilə çırpan Qurban Məmmədov indi də Razi Nurullayevin pencəyinə düşən toz-torpağı püfləyib-təmzləmək istəyindədir. Ancaq görək Razi nə deyir. Əgər o, həqiqətən də özünü siyasətçi hesab edirsə, Qurbanın ona bəxş etdiyi Əli Kərimli qurbanını qəbul etməməlidir. Çünki belə qurbanlar siyasətdə qəbul olunmur.

RƏFİQƏ

Digər xəbərlər