PDF Oxu

Siyasət

  • 30

Elman Məmmədov: "AP-dakı deputatlar erməni pulu ilə sözlərini deyirlər"

Elman Məmmədov: "AP-dakı deputatlar erməni pulu ilə sözlərini deyirlər"

"Sanki Avropa Parlamenti özünün bütün fəaliyyətini Ermənistanın üzərində qurub. Hansıki Ermənistan Azərbaycana qarşı öz işğalçılıq siyasətini davam etdirir". SİA-nın məlumatına görə, bunu millət vəkili Elman Məmmədov tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə Avropa Parlamentində olan deputatlar erməni pulu ilə öz sözlərini deyirlər: "Beləcə orada müxtəlif qətnamələr dərc olunur. Bu gün Avropa qaçqın axınını özü yaradıb və bu quyuya da özü düşüb. Onlar miqrant deyil, əksinə qaçqındır. Bu fəlakətləri yaradan Avropanın özüdür. Həmin Avropadır ki, bu gün bizə demokratiyadan, insan hüquqlarından danışır. Onlar Azərbaycanın daxili işlərinə qarışırlar. Bu hüquq pozuntusudur. Avropa özü bataqlığın içində olan bir qitədir. Bu gün hansı Avropa dəyərlərindən danışılır? Biz baxmalıyıq ki, bu Avropa dəyərləri bizə lazımdır ya yox. Biz bunlardan ciddi nəticə çıxarmalıyıq".

sia.az

Digər xəbərlər