PDF Oxu

Siyasət

  • 26

Siyavuş Novruzov: "Avropalılar şəffaf seçkinin necə keçirildiyini Azərbaycandan öyrənsinlər" AÇIQLAMA

Siyavuş Novruzov: "Avropalılar şəffaf seçkinin necə keçirildiyini Azərbaycandan öyrənsinlər" AÇIQLAMA

"Avropa Parlamentinin Azərbaycana qarşı qərəzini dəfələrlə görən siyasi partiya nümayəndəsi kimi deyirəm ki, onların gözləri Azərbaycanda gedən inkişafı, müstəqil siyasəti götürmür". SİA-nın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib. O, Azərbaycana qarşı qərəz nümayiş etdirən bütün təşkilatları əməllərindən əl çəkməyə çağırıb: "Azərbaycan Prezidenti xalqın etimadını doğruldur. Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək. Azərbaycan müstəqil, suveren ölkədir və müstəqil siyasət yeridir. Ona görə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatları bu əməllərdən əl çəkməyə çağırıram".S. Novruzov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamənin 3 bəndində əsas qərəz özünü göstərir: "Qətnamənin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Necə olar bilər ki, işğala məruz qalan Azərbaycanın gəncləri işğalçı erməni gəncləri ilə dostluq etsinlər. Bu münasibət ədalətsiz və qərəzlidir".Millət vəkili söyləyib ki, Azərbaycanda bəziləri həmin qüvvələrdən qrant alırlar: "Ölkəmizdə bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir Milli Satqınlar Şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər".

sia.az

Digər xəbərlər