PDF Oxu

Siyasət

  • 35

Sahibə Qafarova: "Azərbaycanı hədəfə almağı tapşırıblar" AÇIQLAMA

Sahibə Qafarova: "Azərbaycanı hədəfə almağı tapşırıblar" AÇIQLAMA

"Avropa Parlametinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı ədalətsiz mövqeyə söykənir. Sənəddə Azərbaycan reallıqları tamamilə təhrif olunub və ölkəmiz haqda əsassız ittihamlar irəli sürülüb". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Sahibə Qafarova Milli Məclisin bugünkü növbədənkənar iclasında deyib.Deputat bir sıra avropalı siyasətçilərin sifariş həyata keçirdiklərini bildirib: "Bir sıra avropalı siyasətçilərin ikiüzlü, riyakar fəaliyyətlə məşğul olması, konkret sifariş həyata keçirmələri artıq çoxdandır müşahidə olunan haldır. Biz konkret olaraq ölkəmizə münasibətdə də bunu müşahidə etmişik. Azərbaycan torpaqları Ermənistan tərəfindən 25 ildən çoxdur ki, işğal olunub. Sülh danışıqları məhz Ermənistanın təxribatçı fəaliyyəti və müxtəlif manupulyasiyalarla danışıqlardan yayınması səbəbindən heç bir nəticə vermir. Buna görə də Ermənistanla yanaşı, onun təxribatçı, beynəlxalq hüquqlara zidd olan hərəkətlərinə göz yuman Qərb dövlətləri də məsuliyyət daşıyır".S. Qafarova deyib ki, bu qətnamənin lehinə səs verənlər niyə bir dəfə də olsun Dağlıq Qarabağ münaqişəsi, Xocalıda baş verən ən amansız soyqırımı haqda qətnamə hazırlayıb, fikir bildirməyiblər: "Bu sualın cavabı hamımıza aydındır. Çünki, onlara sifariş verən qüvvələr Azərbaycanı hədəfə almağı tapşırıblar. Çünki Azərbaycan bu gün özünü bütün dünyada yüksək səviyyədə təqdim etmək imkanı qazanıb. Azərbaycan müstəqil ölkədir və müstəqil siyasət həyata keçirir. Sözügedən qüvvəllər isə bununla razılaşa bilmirlər və bu hal onları qane etmir. Qətnamədə iddia olunanların əksinə olaraq bu gün Azərbaycan demokratik vətəndaş cəmiyyətinin inkişaf etdiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu, KİV-lərin, QHT-lərin siyasi partiyaların tam sərbəst şəkildə fəaliyyət göstərdiyi ölkələrdəndir. Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanda demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti heç bir ölkədən, o cümlədən Avropa dövlətlərindən geri qalmır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yolunda inamla irəliləyir. Bu kimi təxribatçı addımlar dövlətimizi müstəqil siyasət kursundan geri çəkindirə bilməz".

sia.az

Digər xəbərlər