Və yaxud həbs edilən casusların adına təsis edilən mükafatın pulunu yemək həzz verir
Niderland Xarici İşlər Nazirliyi "İnsan Hüquqları Tülpanı" adlı mükafat təsis edib. Meydan TV-nin rəhbəri Emin Milli də mükafata namizədlərdən biridir. E.Milli sosial şəbəkələrdə yazdığı statusda mükafatı qazanacağı təqdirdə "gərəkli" işlərə sərf edəcəyini açıqlayıb. Əvvəla, bir məsələyə nəzər yetirək. Mükafatın qazanılacağı təqdirdə, qalibə ödəniləcək məbləğ nə az, nə çox, düz 100 000 avro olaraq. Əgər E.Milli bu mükafatı qazansa heç kimdə təəccüb yaranmasın. Çünki son vaxtlarda bir neçə Qərb dövlətləri, eləcə də təşkilatları işlərini-güclərini bir kənara qoyub Azərbaycan qanunlarını çox kobud şəkildə pozan, casusluqda ittiham olunan şəxsləri müdafiə edir, hətta onların adına fondlar yaradır, adlarına mükafatlar təsis edirlər. Xədicə İsmayılın təcrübəsi heç kimə yad deyil! Bu da onlardan biri. Bəlkə də bu mükafatı məhz E.Milliyə vermək üçün təsis ediblər. Bu adamın sonuncu dəfə aldığı qrantın məbləği (1 milyon 650 min AVRO) hər dəfə yadıma düşəndə şok yaşayıram.
Məsələnin daha maraqlı tərəfləri də var. Məsələn, E.Milli deyir ki, əgər bu pulu qazansa, 3 yöndə istifadə edəcək: 1. Azərbaycanda vətəndaş jurnalistikasına dəstək;2. Azərbaycanda əlillərin problemlərinin işıqlandırılması və onlara dəstək; 3. Meydan TV-nin daha da inkişaf etdirilməsinə dəstək. E.Millinin müraciətinin sonunda o da bildirilir ki, mükafatın qazanılması üçün mümkün olduğu qədər çox online səs yığmaq lazımdır. Məsələ aydındır!
Əvvəla, Azərbaycanda vətəndaş jurnalistikasının inkişafı üçün dövlət tərəfindən kifayət qədər dəstək verilir. Bu məqsədlə mətbu orqanlara dövlət tərəfindən böyük məbləğdə pullar ayrılır. Həmçinin, müxtəlif qurumlarım bu istiqamətdə keçirdiyi müsabiqələr də əvəzsiz rol oynayır. Bir sözlə, ayrılan pul öz ölkəmizdə sərf olunur. Bəs Emin Niderlanddan aldığı pulu burda necə xərcləyəcək? Yəqin ki, xaricdə oturub bank vasitəsilə kiməsə 300 manat pul göndərəck. Həmin adam da hansısa radikal müxalifətçinin "pozulmuş hüquq"larından yazıb FTP ilə Niderlanda göndərəcək. Beləliklə, qaldı 99 min 700 manat. Bunun da 200 manatını əlillərə ( 4 əlilin, hərəsinə 50 manat) göndərəcək ki, həmin əlilllər "Azadlıq" Radiosuna çıxıb ağızlarına gələni danışa bilsinlər. Bu da olacaq Azərbaycanda əlillərin problemlərinin işıqlandırılması və onlara dəstək. Sonuncunu çox dəqiq qeyd eləyib: Meydan TV-nin daha da inkişaf etdirilməsinə dəstək. Ancaq bu da çox məbləğ tələb etməyəcək. Cəmi bir kamera, bir fotoaparat, bir komputer alınacaq. Nəhayət, 90 min manatı cibinə qoyub özü üçün kef eləyəcək. Ta gözləyəcək ki, Azərbaycanda növbəti bir radikal müxalifətçi həbs edilsin və onun adına təsis edilən mükafatdan yararlansın!