PDF Oxu

Siyasət

  • 35

"Fransanın bəzi dairələri ermənipərəst mövqe nümayiş etdirir" AÇIQLAMA

"Fransanın bəzi dairələri ermənipərəst mövqe nümayiş etdirir" AÇIQLAMA

"Fransanın müəyyən dairələri həqiqətən də Dağlıq Qarabağ məsələsində Ermənistanı dəstəkləyir. Lakin ümumilikdə götürsək Fransanın rəsmi hakimiyyət orqanları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və Dağlıq Qarabağ məsələsində də Ermənistana hər hansı bir dəstək vermirlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın Dağlıq Qarabağ məsələsi ilə bağlı birmənalı mövqe tutmamasına münasibət bildirib.O bildirib ki, Fransa Parlamentinin bir çox üzvləri vaxtaşırı Azərbaycanla bağlı bir çox obyektiv mövqe nümayiş etdirirlər: "Tez-tez olmasa da vaxtaşırı Fransa qəzetlərində Azərbaycanla bağlı obyektiv materiallar verirlər.Təbii ki, bunlar boş-boşuna olmayıb. Azərbaycan beynəlxalq aləmdə, o cümlədən Fransada Dağlıq Qarabağ problemi ilə bağlı məlumatların yayılmasına nail olub. Bu gün Ermənistan və Fransa arasında xüsusi münasibətlərə baxmayaraq, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır".Deputat qeyd edib ki, Azərbaycan Fransada müəyyən dairələrin Ermənistanın mövqeyindən çıxış etdiyini, Bako Saakyanlara qapı açdığını qəbul edir: "Lakin bununla belə Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrliyində Fransanın qalmasında maraqlıdır. Lakin biz Fransanın daha prinsipial mövqe nümayiş etdirməsinə, beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində daha böyük rol oynamasını istəyirik. Ümid edirəm ki, Fransanın hakimiyyət orqanları ermənipərəst dairələrin cavabını yüksək səviyyədə verəcək".

sia.az

Digər xəbərlər