PDF Oxu

Siyasət

  • 44

Azərbaycan Texniki Universitetində ilk dərs “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilib

Azərbaycan Texniki Universitetində ilk dərs “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilib

Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində yeni tədris ilinin ilk məşğələsi "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusuna həsr edilib.Universitetdən AZƏRTAC-a bildirilib ki, mühazirəçi Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Adil Əhmədov mühazirəsində dinləyicilərə bildirib ki, multikulturalizm siyasəti Azərbaycan dövlətinin tarixi nailiyyətidir, bütün xalqlar ölkəmizdə mehriban və tolerant şəraitdə yaşayır.Qeyd olunub ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə, dövlət siyasətinin mahiyyətinin əhalinin bütün təbəqələrinə çatdırılmasına və cəmiyyətin maariflənməsinə xüsusi önəm verilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasətinin mahiyyəti barədə gənc nəslin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.İlk məşğələdə dinləyicilərin mövzu ilə bağlı müxtəlif sualları cavablandırılıb.

AZƏRTAC

Digər xəbərlər