PDF Oxu

Siyasət

  • 43

Daşkəsəndə 15 Sentyabr Bilik Günü yüksək səviyyədə yüksək coşqu ilə keçirilib

Daşkəsəndə 15 Sentyabr Bilik Günü yüksək səviyyədə yüksək coşqu ilə keçirilib

Əhəd Abıyev: "Təhsilin inkişafına dövlət qayğısı elmi tərəqqinin qarantıdır"

Bü gün ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da 15 sentyabr Bilik Günü yüksək səviyyədə keçirilib. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr tarixdə yeni dərs ilinin başlanması və "Bilik Günü" ilə əlaqədar Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun mərkəzindəki A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə keçirilən bütün müəllim və şagird kollektivini təbrik edərək onlara uğurlar arzulayıb. Ə.Abıyev, həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını, xüsusilə vurğulayıb.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, təhsilin inkişafına dövlət qayğısı elmi tərəqqinin qarantıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını deyən rayon rəhbəri onu da vurğulayıb ki, bu işə dövlət siyasətinin mühüm bir sahəsi hesab edilir: "Bu gün təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamları, habelə, ölkədə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqlarının tikildiyini, bu isə, öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıram".

Ə.Abıyev, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev təhsilin inkişafına böyük önəm verərək demişdir: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir". Dövlətimizin başçısı təhsilin davamlı inkişafını daim diqqət mərkəzində saxlamış, bu sahədə islahatların dərinləşməsi üçün sərəncamlar imzalamışdır. Rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Təhsil millətin gələcəyidir. Hər birimiz məktəblərə məbədgah, səcdəgah kimi baxmalı, onu qorumalıyıq. Rayonumuzun inkişafı üçün atılan bütün addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə, sabahına diqqət və qayğısının göstəricisidir. Rayonumuzda təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə Cənab İlham Əliyevə bir daha öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev A.Mürsəlov adına 2 saylı tam orta məktəbdən ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş 13 nəfər məzunun 13-nün də tələbə adını qazandığını söyləyib: "Onlardan 1 nəfəri 614 bal, 2 nəfəri isə 570 bal toplamışdır, 9-cu sinifdən isə 8 nəfər məzunun 8-i də respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olub. Bu, həqiqətən də ürəkaçan nailiyyətdir. Bu göstəricilərə görə məktəbin bütün müəllim və şagird kollektivini səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram".

Tədbirdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə ediblər.

R.KAMALQIZI

Digər xəbərlər