"Üzvü olduğum Yeni Azərbaycan Partiyası bu gün noyabr ayının 1-də keçiriləcək V çağırış Mİlli Məclisə seçkilərdə özünün deputatlığa namizədlərinin siyahısını açıqlayıb". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə söyləyib.Millət vəkili bildirib ki, siyahıda ölkənin tanınmış ziyalıları, qadınlar, xeyli sayda gənclər təmsil olunublar: "Bu YAP-ın uzun müddət araşdırmalardan, cəmiyyətin və konkret seçki dairələrinin seçicilərinin rəyini öyrəndikdən sonra seçicilərə təqdim etdiyi namizədləridir. Mənim üçün böyük etimad və yüksək şərəfdir ki, YAP İdarə Heyəti mənim namizədliyimi 47 saylı Mingəçevir seçki dairəsindən irəli sürüb. Bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirir və bundan sonra da bir siyasi əsgər kimi Azərbaycana qulluq etməyi özümə böyük bir məsuliyyət yükü kimi qəbul edirəm".
sia.az